Icma.az
close
up
RU
ADP Bəşər Əsədin mühakimə olunmasına çağırış etdi BƏYƏNAT

ADP Bəşər Əsədin mühakimə olunmasına çağırış etdi BƏYƏNAT

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Partiya dövlət başçısını Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə töhfə olaraq, həbsdə olan jurnalistləri və aktiv siyasiləri əfv etməyə də çağırıb

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ötən həftə ərzində cərəyan edən hadisələrə bir daha münasibət bildirib.

Qeyd edilib ki, bu ölkədə baş verən hakimiyyət dəyişikliyi Suriya xalqının diktatura rejiminə qarşı fədakarcasına, ardıcıl olaraq apardığı mübarizə və göstərilən beynəlxalq təzyiqlər vasitəsilə həyata keçirilib. Partiya yetkililəri Bəşər Əsədin öz xalqına qarşı törətdiyi bəşəri cinayətlərə görə həm özünün, həm də bu vaxta qədər onun ayaqda qalmasına, qanlı rejiminin davam etməsinə stimul verən Rusiya və İranın beynəlxalq məsuliyyət daşıdığını diqqətə çatdırıb və Əsədin Beynəlxalq Tribunal önünə çıxarılmasının, ən layiqli qaydada cəzalandırılmasının vacibliyini bildirib. İdarə Heyəti Suriya xalqının azadlıq mübarizəsində qardaş Türkiyənin sərgilədiyi rolu, Əsəd rejiminin bəlalarından qaçan milyonlarla insana sığınacaq verməsini və hakimiyyət dəyişikliyindən sonra Suriyanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində yeni dövlət quruluşuna hərtərəfli yardımlar göstərməsini təqdir edib və Azərbaycan hakimiyyətini də bu humanist addımlara qoşulmağa çağırıb.

İdarə Heyəti Ukrayna ilə Rusiya arasında davam edən və getdikcə hər iki tərəfdən on minlərlə dinc insanı qurbanına çevirən qanlı müharibənin ortaya qoyduğu acı mənzərədən bir daha narahat olduğunu bildirib və dünya dövlətlərini bu müharibənin beynəlxalq hüquq çərçivəsində həllini tapması üçün həmrəylik göstərməyə çağırıb. Partiya yetkililəri, həmçinin, Rusiya Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedevin Vahid Rusiya Patiyasının qurultayında Rusiyanın nəinki Ukraynanın, digər qonşu dövlətlərin əraziləri hesabına Rusiyanın ərazisində yeni regionların yaranmasının mümkünlüyü ilə bağlı səsləndirdiyi imperialist, təcavüzkar iddialı sərsəm bəyanatını qətiyyətlə pisləyib və bu cür cəhdlərin postsovet məkanına daxil olan bütün ölkələr üçün təhdid olduğunu bildirib.

İdarə Heyəti qonşu Gürcüstanda keçirilən axırıncı parlament seçkilərindən sonra seçki saxtakarlığına qarşı başlayan xalq hərəkatını, Rusiya yönümlü hakimiyyətə günlərlə dirəniş göstərilməsini təqdir edib və baş verən hadisələrin dinc başa çatmasına, sonda gürcü xalqının azad iradəsinin qalib gəlməsinə əminliyini ifadə edib və gürcü müxaliflərlə bu məsələdə həmrəy olduğunu bildirib.

İdarə Heyəti Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının vacibliyini bir daha diqqətə çəkib və iki ölkə arasında vasitəçisiz olaraq baş tutacaq sülh sazişinin Cənubi Qafqazda indiyə qədər regionda böyük təsir gücünə malik dövlətlərin əngəllədiyi iqtisadi, sosial, kommunikasiya layihələrinin həyata keçməsinə stimul olacağına əminliyini ifadə edib.

İdarə Heyəti son həbslər də daxil olmaqla, ölkədə müxtəlif adlar altında həbs olunan jurnalistlərin və aktiv siyasilərin həbsdə saxlanılmasından dolayı ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməsindən ciddi naraht olduğunu bir daha diqqətə çatdırıb və dövlət başçısını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə töhfə olaraq humanizm nümayiş etdirməyə, dayanaqlı barışın, həmrəyliyin və milli birliyin təminatı olan əfv fərmanı imzalamağa çağırıb.

Hazırladı: KƏNAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri