Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri adekvat deyil…

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib.

Toplantı iştirakçıları ilk növbədə həbsdə olan “Hürriyyət” qəzetinin Baş redaktoru, eyni adlı internet televiziyasının sahibi və ADP Ali Məclisinin üzvü Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair verilmiş şikayətin təmin olunmamasını müzakirə edib. İdarə Heyəti hesab edib ki, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəmiyyətdə tutduğu mövqeyə və səhhətində olan problemlərə görə adekvat deyil. Məhkəmənin bu qərarından verilən apellyasiya şikayətinə baxış zamanı Vüqar Məmmədovun cəmiyyətdəki mövqeyi və səhhətində yaranan ciddi problemlərə görə ev dustaqlığına buraxılacağı ilə bağlı gözləntilərini ifadə edən toplantı iştirakçıları əks halda, Vüqar Məmmədovun həyatı təhlükə ilə üzləşəcəyi halda bütün məsuliyyətin dövlət orqanlarının üzərinə düşəcəyini bildirib.  

İdarə Heyəti son zamanlar paytaxtda yanğın hallarının artması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edilib ki, yanğın zamanı binaların qəzalı vəziyyətə düşməsi göstərir ki, ölkədə tikinti üzərində ciddi dövlət nəzarəti həyata keçirilməyib. Toplantı iştirakçıları qabaqdan soyuq qış fəslinin yaxınlaşması səbəbindən istilik enerjisinə olan tələbatla bağlı yanğın riskinin artacağı nəzərə alınaraq yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin gücləndirilməsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildiriblər.

İdarə Heyəti Ukrayna-Rusiya müharibəsinin dayandırılması ilə bağlı ABŞ tərəfindən irəli sürülən “28 bəndlik sülh müqaviləsi” ilə bağlı da müzakirə aparıb. Müzakirələrdə istər ABŞ tərəfindən, istərsə də ABŞ-ın təklifinə alternativ olaraq Avropa dövlətləri tərəfindən Rusiya-Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı irəli sürülən təkliflərin məqbul olmadığını və bu təkliflərin bölgədə ədalətli sülhə gətirib çıxarmayacağını bildirib. İdarə Heyəti hesab edib ki, bu müharibə yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağı təqdirdə bölgədə ədalətli sülhə nail olmaq olar.

İdarə Heyəti son zamanlar Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində iki ölkə arasındakı qarşılıqlı səfərlərini regionda davamlı sülhə və qarşılıqlı əməkdaşlığa töhvə verən addım kimi dəyərləndirib. Eyni zamanda qeyd edilib ki, iki ölkə arasında sülh müqaviləsi imzalanacağı təqdirdə ölkənin müxalif kəsiminin mövqeyinin nəzərə alınması, qarşılıqlı səfərlərdə siyasi partiya və media mənsublarının iştirakı da arzuolunandır. 

İdarə Heyəti ölkə vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin durmadan ağırlaşması məsələsinə də diqqət çəkib. Qeyd edilib ki, ölkədəki mövcud ağır iqtisadi vəziyyət hakimiyyətin ciddi iqtisadi islahatlar aparmamasının səbəbidir. İndiki ağır sosial-iqtisadi vəziyyətdə cərimə və digər ödəmələrin artırılması vətəndaşların onsuz da ağır olan iqtisadi vəziyyətini daha da ağırlaşdırdığı vurğulanıb. Müzakirələrdə indiki vəziyyətdə ilkin olaraq ölkədə korrupsiya və monopoliyaya qarşı mübarizə və iqtisadi islahatların aparılmasının zərurliyi qeyd edilib. Müzakirələrdə həmçinin son ildə iqtisadi artım tempinə görə Azərbaycanın region dövlətlərindən geri qalması faktı narahatçılıqla qeyd edilib, bunun ölkənin bölgədəki siyasi və iqtisadi mövqeyinə zərbə kimi dəyərləndirilib.

Sonda cari məsələlərlə bağlı müzakirə aparılıb.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri