Icma.az
close
up
RU
ADP sədri: Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir

ADP sədri: Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Türkiyənin regional və qlobal baxımdan nüfuzu artıb. İndi əksər ölkələr Ankara ilə hesablaşır, onun təşəbbüslərinə müsbət yanaşırlar. Rusiya-Ukrayna danışıqlarının Türkiyədə aparılması da bunu göstərir”.
Bu sözləri “Reytinq” qəzetinə müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyədə start götürən Rusiya-Ukrayna danışıqları barədə deyib.
S. Cəlaloğlu əlavə edib ki, son illər Türkiyənin nüfuzu artmaqla yanaşı təsir imkanları da genişlənir:
“Türkiyə Qafqazda, Yaxın Şərqdə əsas oyunçulardan biridir. ABŞ prezidenti Donald Trampın Türkiyə lideri Ərdoğandan Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün səylər göstərməsini xahiş etməsi də təsadüfi deyil. Hazırda İstanbulda danışıqlar aparılır. Ümid edirəm ki, danışıqlar davamlı keçirilsə, müsbət nəticə əldə oluna bilər”.
ADP sədri qeyd edib ki, Türkiyənin qlobal rolu artıb, Şərqdə ciddi rol oynayır, bir sıra problemlərin həllinə nail ola bilir: “Eyni zamanda Türkiyə barış və sülhü özündə ehtiva edən siyasət aparır, təşəbbüslər göstərir. Bu səbəbdən də ona hər yerdə ehtiyac duyulur. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi başlayan zaman Türkiyə NATO ölkəsi olmasına baxmayaraq, ABŞ və Avropadan fərqli siyasət yürütdü. Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, amma müharibədə tərəf tutmadı. Bu da ona imkan verir ki, hər iki tərəflə danışıqlar apara bilsin. Biz hazırda bu danışıqları müşahidə edirik”.
S. Cəlaloğlu bildirib ki, Türkiyənin nüfuz və imkanları getdikcə daha da artacaq. ADP sədrinin fikrincə, indiki halda Türkiyə ilə qarşı-qarşıya gəlmək istəyən, onunla münasibətlərini pisləşdirmək niyyətində olan ölkə yoxdur.
Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri