Icma.az
close
up
RU
ADPU da ötən il 47 elmi tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

ADPU da ötən il 47 elmi tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti iclası keçirilib. Əvvəlcə ADPU-nun 2024-cü ildəki elmi nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

İclasda Elmi şuranın sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən iclasdan cari dövrədək universitet əməkdaşlarının və tələbələrinin yerli və beynəlxalq sferada əldə etdikləri nailiyyətlərdən danışıb. Rektor qeyd edilən dövr ərzində elmi dərəcə və ad almış əməkdaşlara müvafiq diplomları təqdim edib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov ADPU-nun 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatla çıxış edib. Prorektor bildirib ki, hesabat dövründə təsdiq edilmiş plan əsasında 825 nəfər professor-müəllim heyətindən 760 nəfəri 59 istiqamətdə, 124 problem üzrə 458 mövzuda elmi-tədqiqat işi yerinə yetirib, tətbiqi və innovasiya xarakterli ən əhəmiyyətli 47 elmi-tədqiqat işi tədris prosesində tətbiq hüququ qazanıb. Universitet əməkdaşlarının 2024-cü ildə 517-si (69-u impakt faktor göstəricili jurnallarda) xarici ölkə dövri nəşrlərində olmaqla 1151 elmi məqalə, 728 tezis (xaricdə 420), 27 monoqrafiya (8-i ADPU-nun Elmi şurasının qərarı ilə çap olunub), 16 dərslik, 69 dərs vəsaiti, 38 kitab, 171 proqram və metodik vəsaitləri və s. nəşr olunub.

Bildirilib ki, əgər 2023-cü ildə “Scopus” bazasında ADPU-nun 164 professor-müəllim heyətinin 333 məqaləsi qeydə alınmışdısa, 2024-cü ildə bu göstərici 197 nəfər üçün 408 məqalə təşkil edib. 2024-cü ildə ADPU-nun H-indeksli alimlərinin sayı 96 (“Scopus”) və 158 (“Google Scholar”) olub. Ümumilikdə “Scopus”da H-indeksinin sayı 201, “Google Scholar”da isə 372 təşkil edir. 2020-2023-cü illər ərzində “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən ADPU Elm və Təhsil Nazirliyinə tabe universitetlər arasında 4-cü yerdə qərarlaşıb. Son 4 il ərzində universitetin professor-müəllim heyətindən 15 nəfər professor, 51 nəfər dosent, 12 nəfər elmlər doktoru, 48 nəfər fəlsəfə doktoru elmi ad və dərəcəsi alıb.

Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov ADPU-da professor-müəllim heyətinin 2024-cü ildə fəaliyyətinin reytinq qiymətləndirməsi barədə hesabatı təqdim edib. Qeyd edilib ki, 2024-cü ildə reytinq qiymətləndirməsində 1292 müəllim iştirak edib ki, bu say 2023-cü ildə 1271 nəfər, 2022-ci ildə isə 1185 nəfər olub. Cari ildə qiymətləndirmədə iştirak edən müəllimlərin 815 nəfəri ADPU-nun, 263 nəfəri filialların, 214 nəfəri isə ADPU-nun nəzdində Pedaqoji Kollecin müəllimləridir. Qiymətləndirmədə ümumilikdə 55 elmlər doktoru, 406 fəlsəfə doktoru, 42 professor, 255 dosent elmi adı olan, 13 dekan və 47 kafedra müdiri iştirak edib. ADPU üzrə ən yüksək orta reytinq balı Filologiya fakültəsində qeydə alınıb (1481.94 bal). 2023-cü ildə bu göstərici 1023.45 bal olub. Kafedralar üzrə isə ən yüksək nəticə 2094.74 balla Müasir Azərbaycan dili kafedrasında qeydə alınıb. Reytinq qiymətləndirilməsində iştirak edənlərin cəmi 8.75 faizi 100-dən aşağı bal yığıb ki, bu da son 4 il ərzində ən aşağı göstəricidir və 2021-ci ilin nəticələri ilə müqayisədə 4 dəfəyə qədər azalma deməkdir.

Daha sonra Q.Şərifov fakültə və filiallar üzrə reytinq qiymətləndirməsinin ayrı-ayrılıqda statistikasını və qiymətləndirmə ilə bağlı yeni təklifləri təqdim edib.

İclas işini cari məsələlərin müzakirəsi ilə davam etdirib. Professor Asəf Zamanov magistr dissertasiya mövzusunun müəyyənləşdirilməsi və elmi rəhbərin təsdiqi, monoqrafiyanın çapa təqdim edilməsi və bəzi əməkdaşlara dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması barədə təklifləri təqdim edib. Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev “ADPU-nun Gənc Müəllimlər Assosiasiyasının Əsasnaməsi”nin təsdiqi barədə təkliflə çıxış edib. Elmi katib riyaziyyat üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva Fizika və Riyaziyyat fakültələrində yeni ixtisasların açılması ilə əlaqədar İşçi qrupun yaradılması və “ADPU-nun Elmi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi barədə təkliflərini səsləndirib.

Sonda təklif edilən məsələlər səsə qoyularaq qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri