ADPU da tələbə təqaüdləri niyə gecikdirilir? Rəsmi CAVAB
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri sosial şəbəkələrdə yanvar ayının təqaüdlərinin hələ də verilməməsindən narazılıq ediblər.
Tələbələrin təqaüdü niyə onların hesabına köçürülmür?
Modern.az mövzu ilə bağlı ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.
ADPU-dan bildirilib ki, hazırda texniki problem səbəbindən təqaüdlərin ödənilməsində müəyyən gecikmə yaşanır:
“Lakin problem sırf ADPU ilə bağlı deyil, həmçinin bir neçə ali təhsil müəssisələrində də eyni hal yaşanır. Təqaüdlərin köçürülməsi dövlət qurumları, universitet və bank arasında olan əlaqəli prosesdir. Buna görə də, problem aradan qalxan kimi ödəniş həyata keçiriləcək”.
Bildirilib ki, yaxın günlərdə təqaüdlərin hesablara köçürüləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Fevral 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















