Icma.az
close
up
RU
ADPU nun prorektoru Özbəkistanda fəxri professor adına layiq görülüb

ADPU nun prorektoru Özbəkistanda fəxri professor adına layiq görülüb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 may, AZƏRTAC

Ötən həftə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və ADPU-nun nümayəndə heyəti - Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova Özbəkistanda ezamiyyətdə olublar.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi Özbəkistan ali təhsil müəssisələri ilə imzalanmış müqavilələrin praktik mərhələsinə başlanılmasıdır.

Səfər çərçivəsində Ürgənc Dövlət Pedaqoji Universiteti, Məmun Universiteti və Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin nümayəndələri ilə əməkdaşlıq görüşləri keçirilib. Həmçinin Ürgənc Dövlət Pedaqoji Universiteti və Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin təşkil etdiyi konfranslarda ADPU-nu təmsil edən professor Mahirə Hüseynova öz təcrübə və biliklərini iştirakçılarla bölüşüb.

Ümumilikdə, səfər ali təhsil sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsi istiqamətində mühüm addım olub. ADPU-nun beynəlxalq əlaqələrinin genişlənməsi və daha da dərinləşməsi üçün yeni imkanlar yaradılmaqdadır.

Eyni zamanda, səfər çərçivəsində professor Mahirə Hüseynova Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin fəxri professoru adına layiq görülüb. Fəxri professor diplomu mərkəzin direktoru, həmçinin Xarəzm vilayətinin deputatı Cəsurbəy Salayev, Özbəkistan Elmlər Akademiyası və Məmun Akademiyasının fəxri professoru İkram Abdullayev tərəfindən təqdim olunub.

Bu yüksək fəxri ad professor Mahirə Hüseynovanın təhsil sahəsindəki uzunmüddətli və məhsuldar beynəlxalq əməkdaşlıq fəaliyyəti, eləcə də Xarəzm vilayəti ilə təhsil sahəsində əməkdaşlığın inkişafına töhfələrinə görə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri