ADRA açıq məkandakı reklam sahəsində beynəlxalq təcrübəni öyrənir
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov və Birləşmiş Ərəb Əmirliklərinin Media Şurasının Baş katibi Məhəmməd Səid Əl Şehhinin başçlıq etdikləri nümayəndə heyətlərinin görüşü keçirilib.
Manset.az xəbər verir ki, Dubay şəhərində baş tutan işgüzar görüşdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov da iştirak edib.
Toplantıda açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi, bu sahədə Media Şurasının rolu, rəqəmsal reklamın yerləşdirilməsi zamanı şəxsi məlumatların qorunması və kibertəhlükəsizliyin təmin edilməsinə nəzarət mexanizmləri müzakirə edilib, eləcə də təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Görüş zamanı Birləşmiş Ərəb Əmirliklərinin reklam sahəsində qanunvericiliyi barədə məlumat verilib, hər iki ölkədə reklam fəaliyyətinin tənzimləməsinin xüsusiyyətləri haqqında fikir mübadiləsi aparılıb.
Tədbirin nəticələrinə görə, qarşılıqlı təcrübə mübadiləsinin gələcək fəaliyyətdə faydalı olacağı əminliklə qeyd olunub, bu məqsədlə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi niyyəti ifadə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 18 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















