Icma.az
close
up
RU
ADSEA KOBİA ilə birgə tədbir keçiriblər

ADSEA KOBİA ilə birgə tədbir keçiriblər

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

30 sentyabr 2025-ci il tarixində ADSEA və KOBİA rəhbərliyinin  vətəndaşlar və sahibkarlarla növbəti görüşü keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir çərçivəsində "KOB-ların yaşıl keçidi: Su resurslarının səmərəli istifadəsi, KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamənin, "Su həyatdır” layihəsinin, ADSEA tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə hazırlanmış kitabçanın, qaydalar və qoşulma prosesləri barədə video-rolikin təqdimatı həyata keçirilib. Tədbirdə həmçinin kənd təsərrüfatında fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə, Su şəbəkəsinə qoşulmalar üzrə cari dövrün hesabatları, ADSEA tərəfindən göstərilən xidmətlərin KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqi üsulları təqdim olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov ADSEA-nın, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov KOBİA-nın su təchizatına qoşulma istiqaməti üzrə fəaliyyəti barədə çıxış ediblər.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev su resurslarının səmərəli istifadəsi və KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannaməni, "SmartNation” İnsan İnkişafı platformasının rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova "Su həyatdır” layihəsini, "İrrigaton.az” platformasının təsisçisi Fuad İbadov kənd təsərrüfatında fəaliyyət göstərən KOB-ların su istifadəsinin səmərəliliyinin artırılması barədə fiikirlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Texniki şərtlərin hazırlanması və abonentlərlə işin təşkili şöbəsinin müdiri Yusif Əhədi su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin Strateji inkişaf sektorunun müdiri Nicat Əhmədli su şəbəkəsinə qoşulmalar üzrə cari dövr ərzində hesabatları, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin müdiri Vüqar Bayramov ADSEA tərəfindən göstərilən xidmətlərin KOB Evlərində fəaliyyəti mexanizminin tətbiqini, Xidmətin Strateji İnkişaf və ASAN Mərkəzlərlə işin təşkili şöbəsinin "ASAN Xidmət” və KOB Evləri ilə işin təşkili və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrafilov ADSEA tərəfindən göstərilən xidmətlər barədə bukletlər, məlumat kitabçaları və Brayl əlifbası ilə hazırlanmış kitabçanı, Xidmətin İctimaiyyətlə əlaqələr, vətəndaş müraciətlərinin qəbulu şöbəsinin müdiri Ceyhun Musayev Qaydalar və qoşulma prosesləri barədə video-roliki təqdim ediblər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul vəzifəli şəxsləri, "Caspian Energy Club”ın əməkdaşları, sahibkarlar, qeyri-hökümət təşkilatları və media nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 30 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri