Icma.az
close
up
RU
ADSEA şaxtalı günlərdə abonentlərə belə xidmət göstərir Video reportaj KONKRET

ADSEA şaxtalı günlərdə abonentlərə belə xidmət göstərir Video reportaj KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.

Qurumdan KONKRET.az-a verilən məlumata görə, mövsümlə əlaqədar intensiv yağıntılar zamanı şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

Bundan başqa qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə donvurmalar da müşahidə edilə bilir. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.

Gördüyünüz kimi örtüksüz olduğuna görə Nəsimi rayonu, Rəsul Rza küçəsindəki evin sayğacını şaxta vurub, nəticədə həm suyun sərfiyyatını ölçən cihaz, həm də su xətti yararsız hala düşüb. Nəzarət Ölçü Cihazları İdarəsinin əməkdaşları Xidmətin Operativ Qərargahı tərəfindən məlumatlandırılıb, Qərargaha isə məlumat fasiləsiz xidmət göstərən “955” Çağrı mərkəzindən daxil olub. Qərargahın mütəxəssisləri Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı müəyyənləşdirəndən sonra sayğacın yenisi ilə əvəz olunması işlərinə başlanılıb. Şaxtalı günlərdə müxtəlif rayonların ərazisində bu kimi hallar qeydə alınıb, müvafiq idarəyə məlumat daxil olan kimi tənzimlənmə prosesinə başlanılıb.

Şaxtalı günlərdə su xətlərində qəzaların digər günlərə nisbətən daha çox baş vermə halları müşahidə olunur.
Səbail Sukanal İdarəsinin əməkdaşları şaxtalı hava ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Hazırda qəza-bərpa xidmətinin əməkdaşları su xəttində baş vermiş qəzanı aradan qaldırırlar.

Səbail rayon Su Kanal İdarəsinin rəis müavini Azad Murquzov bildirib ki, “955” Çağrı mərkəzinə və Səbail rayon Sukanal İdarəsinin zəng mərkəzinə donvurma ilə bağlı 92 sayğac partlaması faktı ilə əlaqədar müraciət daxil olub və bundan əlavə sayğac xətlərinin giriş və çıxışın üzdə qalan hissələrində 81 ədəd axıntılarla bağlı müraciət daxil olub ki, bu da tərəfimizdən operativ şəkildə aradan qaldırılır. O əlavə edib ki, müəyyən sayğaclar var ki, onlar çöl hissədə quraşdırılıb, mühafizə tədbiri kimi sayğacı ağac yonqarları və yaxud da hər hansı bir yun qalın örtükdən istifadə etməklə qorunmasında vətəndaşların bizə dəstək olmalarını xahiş edərdim.

Həmçinin istehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərinin isti materiallardan olan örtük və quru ağac yonqarları ilə əhatə olunması tövsiyə edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Fevral 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri