Icma.az
close
up
RU
ADU kollektivinin Zaqatala, Balakən və Qax görüşləri

ADU kollektivinin Zaqatala, Balakən və Qax görüşləri

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitet kollektivi "ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi" 2-ci regional konfransı çərçivəsində Qax, Zaqatala, Balakən rayonlarında səfərdə olublar.

Altı rayonu əhatə edən regional konfransda (Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz) üç yüz ADU məzunu olan müəllim iştirak edib. Konfrans Şəki-Zaqatala Regional Təhsil idarəsi, İcra Hakimiyyətləri və rayon ictimaiyyətinin diqqəti və dəstəyi ilə ən yüksək səviyyədə təşkil olunub.

Konfransın açılış mərasimindən öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadə ADU rəhbərliyini və kollektivini salamlayıb, ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi" 2-ci regional konfransının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU-nun region təhsil qurumları arasında elmi, mədəni əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən ADU-nun rektoru, akademik Kamal Abdulla qeyd edib ki, ADU hər zaman öz məzunlarını diqqətdə saxlayır. Bu məqsədlə regionlarda əmək fəaliyyəti ilə məşğul olan məzunlarla mütəmadi əlaqə saxlanılır, ADU-nun peşəkar professor-müəllim heyəti tərəfindən təlim və seminarlar təşkil olunur.

Zaqatala rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən stendlərə baxılıb.

Daha sonra konfransın açılış mərasimi baş tutub. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbir iştirakçılarını salamlayıb, konfransın önəmindən söz açıb. ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində keçirilən görüşlər, təşkil olunan seminar və təlimlər mühüm əhəmiyyət kəsb edir.

Mübariz Əhmədzadə Azərbaycanda təhsil istiqamətində görülən mühüm işlər haqqında danışıb. Ulu öndər Heydər Əliyevin təhsil siyasətinin əhəmiyyəti diqqətə çatdırılıb, Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı vurğulanıb.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla məzunlarla işin düzgün qurulmasının, onların diqqətdə saxlanılmasının vacibliyindən danışıb: "Məzunlarla görüşmək bizim üçün sevindirici haldır. Biz hesab edirik ki, məzunlarla görüş onların peşə vərdişlərinə və peşəkarlıq səviyyəsinə öz müsbət təsirini göstərir. Bizi düşündürən məsələlər əsasən məzunlarımızın pedaqoji fəaliyyətini dəstəkləmək, onları yeni tədris metodları ilə qarşılıqlı şəkildə tanış etməkdir. Keçiriləcək seminarlar, təlimlər, görüşlər gələcək elmi əməkdaşlıq üçün də əlverişli imkanların yaradılması deməkdir. Ulu öndər Heydər Əliyevin tələblərlə bağlı fikrini daima xatırlayır və səsləndirirəm. Ulu öndər Heydər Əliyev tələbələrlə görüşündə üzünü bizə tutub demişdir: Bu tələbələr mənim sizə əmanətimdir. Bu fikir bizim təhsil strategiyamızın əsas ideyasına çevrilib".

ADU-da tədris olunan xarici dillər haqqında məlumat verilib. QS reytinqlər cədvəlində ADU-nun uğurları barədə danışılıb. Qeyd olunub ki, ADU son illər beynəlxalq əlaqələrin qurulmasında da fəallığı ilə seçilir. Bu da təhsilin keyfiyyətinə və tədrisin müasir metodlarla aparılmasına mühüm təsir göstərir.

Milli qəhrəman Mübariz İbrahimov adına Biləsuvar rayon bağça-lisey kompleksinin direktoru Aqşin Bağırov, ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova konfransın əhəmiyyəti haqqında danışıblar. Bildirilib ki, əməkdaşlıq prinsipi olduqca vacib elementlərdən biridir. Şagirdlərin təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması istiqamətində dövlət siyasətinə uyğun işlərin aparılması diqqətə çatdırıb. ADU-nun regional konfransının altı rayonu əhatə etməsi və bununla da xarici dilləri tədris edən müəllimlərin pedaqoji fəaliyyətini dəstəkləmək baxımından önəmdən bəhs olunub.

Sonra akademik Kamal Abdulla Balakəndə ziyalılarla görüşüb. Tədbirdə Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edib. Bildirilib ki, görüşün məqsədi Prezident İlham Əliyev Sərəncamı ilə elan olunan "Konstitusiya və suverenlik ili" çərçivəsində silsilə tədbirlərlə bağlıdır. Görüşdə Balakən rayon ziyalıları ilə səmimi söhbət edən rektor Konstitusiya və suverenliklə bağlı çıxış edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. Görüş Balakən rayon ziyalılarının sualları ilə davam edib.

Daha sonra ADU rəhbərliyi və kollektivi Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbini ziyarət ediblər. Akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Görüş zamanı ADU-nun fəaliyyəti, beynəlxalq əlaqələri, tələbələr üçün yaradılan imkanlar, eləcə də universitetə qəbul qaydaları haqqında ətraflı məlumat verilib. Məktəb şagirdləri və müəllim kollektivi ilə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

ADU THİK tərəfindən təşkil olunan intellektual oyunun qalibləri mükafatlandırılıb. Qaliblərə diplom, medal və kubok təqdim olunub.

Azərbaycan Dillər Universiteti geniş tərkibdə professor-müəllim heyətinin (ADU) şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qax şəhər Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş tədbirdə də iştirak ediblər.

Dövlət Himni səsləndirilib, torpaqlarımızın düşmən tapdağından azad edilməsi və dövlət suverenliyimizin bərpa olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən bəhs olunub. Kamal Abdulla "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə bağlı çıxışında qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxışında bildirib ki, ADU rəhbərliyinin səfəri təhsil ictimaiyyəti üçün çox önəmli hadisədir. Keçirilən tədbirlər, konfranslar və görüşlər təhsil sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində mühüm nəticələrin əldə olunmasına əlverişli imkan yaradır.

ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə yaradılan şəraitə və qonaqpərvərliyə görə təşkilatçılara öz təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Həmçinin dövlətçiliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə geniş müzakirələr aparılıb.

Görüşlərdə mövzu ilə bağlı şagird və müəllimlərlə geniş fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. Sonda ADU THİK tərəfindən şagirdlərə hədiyyələr təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri