ADY BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-də əlavə qatar reysləri təyin edib.
Bu barədə Avtosfer.az-a ADY-yə istinadən xəbər verir.
Məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
Səhmdar Cəmiyyət şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə edir ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər. Bundan başqa, sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
Qurum bildirir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
Baxış sayı:101
Bu xəbər 18 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















