Icma.az
close
up
RU
ADY: Çindən qəbul edilən blok qatarların sayı 2 dəfəyə yaxın artıb

ADY: Çindən qəbul edilən blok qatarların sayı 2 dəfəyə yaxın artıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən Orta Dəhliz ilə 225 blok-qatar qəbul edib.

Bu barədə 525.az ADY-ya istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu ilin 7 ayında ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur", - məlumatda deyilir.

Qeyd olunub ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə yükdaşımalarda artım dinamikası müşahidə olunur və 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib.

ADY bildirir ki, Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov arasında üçtərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə səmərəli əməkdaşlıq məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin 7 aylıq fəaliyyətinin yekunları müzakirə edilib. Tərəflər Orta Dəhlizin imkanlarının artırılması, xüsusilə dəhliz üzrə xidmətlərin rəqəmsallaşmasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyəti, bu addımın Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda CRCT şirkətinin birgə müəssisəyə qoşulması yekdilliklə qəbul edilib və müvafiq protokol imzalanıb.

Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstanın “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsi çərçivəsində əməkdaşlığı Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə, vahid pəncərə vasitəsilə müştəri rahatlığının artırılmasına yönəlib. Çin şirkətinin bu müəssisəyə qoşulması ilə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərinin təşkili üçün yeni imkanlar yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri