Icma.az
close
up
RU
ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Nazirlər Kabinetinin noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq, həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün oktyabrın 30-da Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanıb. Belə ki, qatarlar noyabrın 11-dən etibarən sentyabrın 16-da elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları noyabrın 8, 9, 10, 17 və 24-də qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.

Noyabrın 11, 12, 13, 16 və 23-də isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə noyabrın 16-na və 23-nə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan noyabrın 17-nə və 24-nə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.

Bakı–Ağstafa–Bakı istiqamətində isə noyabrın 8, 9 və 10-da həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-da, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.

Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri