Icma.az
close
up
RU
ADY enerji sistemini yeniləyir

ADY enerji sistemini yeniləyir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkənin nəqliyyat və logistika sahəsində strateji dönüş yaradan daha bir layihəni uğurla başa çatdırıb.
Newscenter.az xəbər verir ki, Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb, bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata keçirilib. Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunan vaxtın azadılması, təhlükəsizlik səviyyəsinin artırılması, stansiya və sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədilə Ucar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidən qurulub, işarəvermə sistemləri, rabitə qurğuları və idarəetmə proseslərinin paralel şəkildə işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib.
Bununla da Bakı–Böyük Kəsik magistral dəmiryol xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin olunub.
Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin artırılmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına gətirib çıxaracaq. Bu, xüsusilə magistral dəmir yolları üçün mühüm üstünlükdür. Dünyanın aparıcı ölkələrində, o cümlədən Avropada, Çində müasir magistral dəmir yolu xətləri, beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələrdə AC sistemindən istifadə olunur. Bu, beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda yüksək sürət və sabit enerji təchizatı ilə uzun məsafələri rahat qət etmək deməkdir.
Müasir AC enerji sisteminin tətbiqi Azərbaycanın strateji nəqliyyat coğrafiyasının gələcək inkişafının simvoluna çevriləcək. Dəyişən cərəyan sayəsində yükdaşımaların həcmi artacaq, daşınma xərcləri azalacaq, tranzit marşrutlar isə dəniz və avtomobil nəqliyyatı ilə müqayisədə daha rəqabətqabiliyyətli olacaq. Bu da Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyini gücləndirəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Bu yanaşma nəticəsində Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirir. Bu strateji layihələr vaxt itkisini və əlavə logistika xərclərini minimuma endirərək əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsini təmin edir. Dəmir yollarında enerji sisteminin və vaqon parkının yenilənməsi bu strategiyanın bir hissəsi kimi ölkənin beynəlxalq dəhlizlərdə rəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.
ADY-nin enerji sistemində dəyişən cərəyan texnologiyasına keçid yalnız texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıq öhdəliyinin bariz göstəricisidir. Bu addım sayəsində dizel dartısına tələbat ciddi şəkildə azalır, enerji səmərəliliyi yüksəlir və karbon emissiyaları minimuma enir. Bu, ölkəyə dayanıqlılığa sadiqliyini nümayiş etdirməyə və yaşıl sərmayələri cəlb etməyə kömək edir. Beləliklə, dəmir yolu yalnız iqtisadi cəhətdən deyil, həm də ekoloji baxımdan daha dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat növünə çevrilir.
Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını da ardıcıl şəkildə genişləndirir. Son illərdə parkın böyük hissəsi yenilənib və müasir standartlara cavab verir. Bu isə daşımaların çevikliyini, sərnişin və yük qatarlarının sürətini və ümumi xidmət keyfiyyətini artırır. ADY-nin davamlı olaraq yenilənən parkında AC ilə işləyən 15 ədəd müasir sərnişin qatarı və 50 ədəd lokomotiv var. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla, 9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit cərəyan (DC), həm də dəyişən cərəyan (AC) ilə işləyir.
AC sisteminə keçid həm də dəmir yollarında bəzi çətinlikləri aradan qaldırır. Yük və sərnişin qatarlarının hərəkət intervalı azalır, enerji təchizatı sabitləşir, əməliyyatların idarə edilməsi isə mərkəzləşdirilir. Bu, həm daxili daşımaları, həm də beynəlxalq tranziti daha səmərəli və sürətli edir.
Qeyd edək ki, bundan əvvəl Böyük Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində dəmiryol infrastrukturunun AC-yə keçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncu mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) AC-yə keçid üzrə işlər həyata keçiriləcək. Bununla da bütün Bakı–Böyük Kəsik xətti tamamilə AC sistemi ilə işləyəcək və Azərbaycanın dəmiryol infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək. Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas magistral dəmiryol xətti olan Bakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqi Orta Dəhliz üzrə yükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərinin artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindən keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bu modernləşmədən birbaşa faydalanacaq.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri