Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR maaşları 20% artırdı

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

Miri Yusiflə Aiseldən yeni layihə

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

ADY infrastrukturun rəqəmsallaşdırılması üzrə beynəlxalq əməkdaşlığı genişləndirib AZƏRTAC

ADY infrastrukturun rəqəmsallaşdırılması üzrə beynəlxalq əməkdaşlığı genişləndirib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 dekabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” (ADY) QCS 2024-cü ildə prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, QSC 2024-cü ildə Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı qazanıb.

“ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir. Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir.

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.

Daşımaların idarə edilməsi, real vaxt rejimində yüklərin monitorinqinin optimallaşdırılması üçün ADY tərəfindən 2024-cü ildə infrastrukturun modernləşdirilməsi və informasiya sistemlərinin yenilənməsi işləri davam etdirilib. Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Analoji rəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.

Bundan başqa, ADY tərəfindən istehsal proseslərinin təhlili aparılıb və şirkətin əməliyyat fəaliyyətini avtomatlaşdıran üç əsas sistemə – “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə edilməsi” və “Lokomotiv briqadalarının idarə edilməsi”nə olan tələbləri müəyyən edən konseptual çərçivə yaradılıb. Bu sistemlər daşımaların planlaşdırılması, personalın idarə edilməsi və idarəetmə sisteminin inkişafı üçün yüksəkixtisaslı kadrların formalaşdırılması kimi mühüm prosesləri həyata keçirir.

ADY 2024-cü ilin noyabrında müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib. Sayt həm sərnişinlərin, həm də biznes tərəfdaşların Azərbaycan Dəmir Yollarının xidmətlərindən daha rahat yararlanmasını təmin edir. İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edirlər.

Rəqəmsal həllər sayəsində sərnişindaşıma sahəsində də yeniliklər həyata keçirilib. Ötən il istifadəyə verilmiş “ADY Mobile” tətbiqinin mobil cihazlara yüklənmə sayı 166 mini ötüb. Sərnişinlərin təqribən 70 faizi biletlərini onlayn alır.

Yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.

Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür. Bu, pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır.

2024-cü ildə sərnişinlərə pulsuz simsiz internet bağlantısı təqdim edilib. Hazırda Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli “W-Fi” internet bağlantısı mövcuddur. Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı–Balakən–Bakı reyslərini yerinə yetirəcək qatarlarda da aktiv ediləcək.

ADY-nin rəqəmsallaşma səyləri bu ilin oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi alıb. Bank Azərbaycanda dəmiryol sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına dəstək məqsədilə 47 milyon dollarlıq krediti təsdiqləyib.

Kredit məbləği kompleks rəqəmsallaşma tədbirlərinə, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, investisiyaların planlaşdırılması, həmçinin daşınma qiymətləri və vergi hesablamalarına çıxış sisteminin yaradılmasının təmin edilməsinə yönəldiləcək. Eyni zamanda, layihə ADY-nin büdcə və müqavilələrin idarə edilməsi kimi korporativ fəaliyyətlərinin rəqəmsal təkmilləşdirmələrini maliyyələşdirəcək.

Bu il, həmçinin ADY-də yeni müasir İT ofisi fəaliyyətə başlayıb. Yeni ofis Azərbaycan Dəmir Yollarının ilk innovativ və dinamik məkanıdır. Ofisin əsas funksiyası texnoloji dəyişikliklərə adaptasiyanı sürətləndirmək, müasir “Agile” metodologiyalarından istifadə etməklə komandalar arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq və rahat iş şəraiti yaratmaqdır. Ofis yaradıcı iş sahələri, komfortlu iclas otaqları və qeyri-rəsmi ünsiyyət üçün məkanlar təqdim edir ki, bu da innovativ düşüncə və fikir mübadiləsini stimullaşdırır. Yeni İT ofisinin inkişafı ADY-nin müasir işəgötürən brendini möhkəmləndirməyə kömək edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see7554

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see260

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see246

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see225

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see220

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see157

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see151

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see137

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see134

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see129

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see126

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see124

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

15 Noyabr 2025 01:29see120

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see120

Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO

15 Noyabr 2025 02:07see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri