Icma.az
close
up
RU
ADY İT akademiyası yaradacaq

ADY İT akademiyası yaradacaq

Icma.az, Avtosfer saytına istinadən bildirir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) İT akademiyası yaratmağı planlaşdırır.

Avtosfer.az Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, bu, Azərbaycana bu yaxınlarda ayrılan texniki yardımın gözlənilən nəticələrində öz əksini tapıb.

Bu təşəbbüs çərçivəsində ADY-nin İT akademiyası tərəfindən idarə olunacaq "Korporativ universitet" adlı platformanın yaradılması planlaşdırılır. Bu platforma bilik mübadiləsi üçün alət rolunu oynayacaq: əməkdaşlar təlim, konfrans və seminarlarda əldə etdikləri məlumatları sənədləşdirə və yaya biləcəklər.

Texniki yardım Azərbaycanda dəmir yolu nəqliyyatının iqtisadi dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı strateji məqsədə uyğundur.

Dəmir yolu sektorunun rəqəmsallaşdırılması üçün potensial və bacarıqların inkişafı layihənin əsas nəticəsi olacaq. ADY əməkdaşlarının rəqəmsal səriştələrinin artırılması, rəqəmsal transformasiya şəraitində işləmək üçün davamlı kadr hazırlığı sisteminin yaradılması, həmçinin İT sektorunda gender fərqinin azaldılması nəzərdə tutulur.

Bununla əlaqədar olaraq ADY-nin bir sıra departament və funksional bölmələri üçün bacarıqlara olan tələbatın gender yönümlü həssas qiymətləndirilməsi aparılacaq. Təhlil həm İT sahəsində, həm də digər peşəkar bacarıqları əhatə edəcək, həmçinin şirkətin rəqəmsal texnologiyalar sahəsində gələcək ehtiyaclarını müəyyən edəcək.

Bundan əlavə, gender aspektlərinin də nəzərə alındığı rəqəmsal bacarıqların inkişafı üzrə pilot proqramlar hazırlanacaq və həyata keçiriləcək. Bu proqramlara "davamlı təcrübə modeli" (ADY-nin təcrübəçiləri üçün mentorluq proqramı) və İT departamentinin yeni əməkdaşları üçün intensiv təlim kursları daxildir.

ADY əməkdaşlarının Avstriya, Koreya Respublikası, İspaniya və İsveçrəyə təlim səfərlərinin təşkili planlaşdırılır. Həmçinin Azərbaycanda təlimlərin keçirilməsi və ADY-nin tədbirlərində, nəqliyyat sektorunun rəqəmsallaşdırılması və inkişafı məsələləri üzrə dövlət forumlarında iştirak üçün xarici ölkələrin dəmir yolu şirkətlərindən beynəlxalq ekspertlər dəvət olunacaq.

Əldə edilmiş biliklər "Korporativ universitet" platforması vasitəsilə sistemləşdirilərək yayılacaq.

Qeyd olunur ki, ADY rəqəmsal transformasiya prosesindən keçir və təkcə 2024-cü ildə insan kapitalının inkişafına 1 milyon manat ayrılıb. Transformasiya çərçivəsində daxili kadr inkişafı sisteminin yaradılmasını, təhsil müəssisələri ilə əməkdaşlığı və beynəlxalq tərəfdaşlığı əhatə edən kadr potensialının artırılması proqramı hazırlanıb.

Xatırladaq ki, daha əvvəl ADB dəmir yolu sektorunda rəqəmsal bacarıqların inkişafı üçün Azərbaycan hökumətinə 500 min ABŞ dolları məbləğində texniki yardımın ayrılmasını təsdiqləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Fevral 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri