ADY nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Azərbaycan Dəmir Yolları 8 aprel tarixində Sabunçu stansiyasının yaxınlığında ağacəkmə aksiyası keçirib. Şirkətin 145 illiyinə həsr olunmuş aksiyanın əsas məqsədi əməkdaşlar arasında ətraf mühitin mühafizəsinin təbliği və ekoloji problemlərə diqqətin çəkilməsidir.
Newscenter.az quruma istinadən bildirir ki, 100-dən çox əməkdaşın iştirak etdiyi aksiyada 500-ə yaxın şam ağacı, o cümlədən endemik növ olan və Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş Eldar şamı əkilib və suvarılıb. Əlavə olaraq ərazidə abadlıq və təmizlik işləri aparılıb.
Dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur.
Xatırladaq ki, 2023-cü ildən BMT-nin Qlobal Sazişinə üzv olan ADY öz fəaliyyətində ətraf mühit, sosial məsuliyyət və idarəetmə (ESG) prinsiplərini əsas götürür. Belə ki, qurum bu istiqamətdə təşkil etdiyi tədbirlərə əsasən gənc əməkdaşları cəlb etməklə onların Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığını artırmağı və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasında rolunu genişləndirməyi hədəfləyir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Sabunçuda YAP ın 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
21 Noyabr 2025 14:14
Daşkənddə COP29a həsr olunmuş ağacəkmə aksiyası keçirilib
20 Noyabr 2024 22:37
Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
05 May 2025 11:29
Daşkənddə COP29a həsr olunmuş ağacəkmə aksiyası keçirilib AZƏRTAC
20 Noyabr 2024 18:02
Xıdırlı kəndində Zəfərin 5 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib
30 Oktyabr 2025 19:33
Baxış sayı:87
Bu xəbər 09 Aprel 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















