ADY nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəqəmsal transformasiya strategiyası çərçivəsində növbəti yeniliyə imza atıb.
Newscenter.az xəbər verir ki, ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.
İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.
İnteqrasiyanın əsas üstünlükləri:
- Sadə və sürətli giriş – Təkrar qeydiyyat zərurəti aradan qalxır;
- Təhlükəsizliyin artırılması – Dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələri istifadə olunur;
- Vaxta qənaət – Müraciət və sorğuların təqdimat prosesi sürətlənir;
- Dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanı yaranır.
Süleyman
Bu mövzuda digər xəbərlər:ADY elektron portalı digital.login ilə daha sürətli olacaq
16 May 2025 11:33
Vahid rəqəmsal məkanın qurulmasında növbəti addım ADY elektron portalı “digital.login” ilə daha sürətli!
16 May 2025 11:12
“Digital.login” platforması “mygov” tətbiqinə inteqrasiya olunub
28 Oktyabr 2025 14:21
“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artdı
29 Aprel 2025 11:31
FHN in elektron xidmətlər portalı yenilənib
11 Mart 2025 14:49
Baxış sayı:107
Bu xəbər 16 May 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















