Icma.az
close
up
RU
ADY nümayəndələri “Çin Avropa Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak ediblər

ADY nümayəndələri “Çin Avropa Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak ediblər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 may, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak edib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, Çinin Sian şəhərində keçirilən tədbirin mövzusu “Bir kəmər, bir yol” layihəsinin birgə icrası və “China–Europe Express” iqtisadi halqasının yaradılması olub.

Forumda “China–Europe Express” dəhlizinin üstünlüklərindən tam istifadə etmək, bu istiqamətdə yük daşımalarını təşviq etmək, beynəlxalq ticarət üçün yüksək səmərəli, sərfəli və keyfiyyətli quru yol əlaqəsini qurmaq, müasir beynəlxalq logistika sisteminin tikintisini sürətləndirmək kimi məsələlərə toxunulub. Qeyd edilib ki, “China–Europe Express” “Bir kəmər, bir yol” layihəsinin əsas hissəsidir və Çinlə Avropa ölkələri arasında yük daşımalarını inkişaf etdirmək məqsədi daşıyır.

Forumda çıxış edən ADY sədrinin müavini Arif Ağayev bildirib ki, Azərbaycan Çinə təkcə ticarət tərəfdaşı deyil, həm də etibarlı strateji müttəfiq kimi baxır. Bu strateji tərəfdaşlıq münasibətləri nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi etibarlı, dayanıqlı və rəqabətədavamlı yükdaşıma marşrutlarını təmin etməklə Şərq və Qərb arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Arif Ağayev vurğulayıb ki, 2024-cü ildə ölkələrimiz arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 47 faiz artaraq 612 min ton təşkil edib. Çindən Azərbaycana göndərilən konteyner blok-qatarlarının sayı da sürətlə artır. 2024-cü ildə ümumilikdə 287 blok-qatar, 2025-ci ilin ilk dörd ayında isə 73-ü tranzit, 92-si idxal rejimində olmaqla 165 blok-qatar artıq qəbul edilib. İlin sonunadək 600-dən çox blok-qatarın qəbulu gözlənilir.

Bundan əlavə, 2024-cü il noyabrın 24-də Azərbaycandan Çinə ilk “Bakı–Sian” ixrac blok-qatarı yola salınıb. Bu günə kimi ümumi həcmi 10 min tona yaxın olan 6 blok-qatar yola salınıb. Bu rəqəmlər Orta Dəhlizin strateji əhəmiyyətini və potensialını bir daha təsdiqləyir. ADY sədrinin müavini qeyd edib ki, Çinin strateji əhəmiyyətli nəqliyyat qovşaqlarından biri olan Sian şəhərindən başlayan ekspres Avropa ölkələrinə, o cümlədən Almaniya, Polşa, Macarıstan, Çexiya, Litvaya da müntəzəm yük daşımalarına təkan verəcək. Arif Ağayev əlavə edib ki, “China–Europe Express” Asiya və Avropa arasında logistik əməliyyatların sürətləndirilməsi, nəqliyyat marşrutlarının şaxələndirilməsinin təşviqi və iştirakçı ölkələrin ixrac-idxal potensialının dəstəklənməsi kimi üstünlükləri təmin edəcək.

Forumun sonunda “Çin–Avropa Dəmiryol Ekspresi” konsolidasiya mərkəzinin tikintisi üzrə əməkdaşlıq təşəbbüsü” sənədi imzalanıb.

Sənəd infrastruktur üzrə əməkdaşlığın gücləndirilməsi, nəqliyyatın təşkilinin optimallaşdırılması və xidmətin təkmilləşdirilməsi, ağıllı logistika mərkəzinin yaradılması, dəmiryol marşrutları üzrə nəqliyyat xərclərinin səmərələşdirilməsi məsələlərini əhatə edir.

Tədbir zamanı ADY sədrinin müavini Arif Ağayev KİV nümayəndələrinin suallarını cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri