Icma.az
close
up
RU
ADY sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşdü Fotolar

ADY sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşdü Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ADY ilə DB arasında əməkdaşlığın mövcud vəziyyəti, münasibətlərin genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub, Dünya Bankının Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı, həyata keçirilən işlərə texniki dəstəyi və investisiya ayrılması imkanları barədə fikir mübadiləsi aparılıb.

ADY sədri bildirib ki, son dövrdə Orta Dəhlizlə xüsusilə konteyner daşımaları artıb, 2025-ci ildə Çin–Azərbaycan istiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb. Ötən il 392 blok-qatar qəbul edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 37 faiz çoxdur. Bu nəticələrin əldə olunmasına ADY-nin həyata keçirdiyi işlər, o cümlədən Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinə cəlb edilməsi müsbət təsir göstərib.

Həmçinin bildirilib ki, ötən il beynəlxalq daşımaların səmərəliliyinin artırılmasında Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyası mühüm rol oynayıb. 2025-ci ildə Bakı Limanında rekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.

Dünya Bankının regional direktoru Çarlz Kormye DB-nin ADY ilə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərdiyini vurğulayıb, ADY tərəfindən Orta Dəhlizin inkişafı üzrə görülən işlərin gələcək tərəfdaşlıq baxımından yeni imkanlar açdığını qeyd edib.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri