Icma.az
close
up
RU
ADY sərnişin qatarlarında qiymətlərə aydınlıq GƏTİRDİ

ADY sərnişin qatarlarında qiymətlərə aydınlıq GƏTİRDİ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Sərnişin qatarlarında qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

İlk növbədə qeyd edək ki, ADY 2024-cü il 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçib. Bu qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişir. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər endirimlərdən yararlana bilirlər.

Məsələn, ən çox tələbat olan Bakı–Qazax–Bakı marşrutu üzrə hər bir sərnişin büdcəsinə uyğun olaraq standart (məsələn, Bakıdan Qazaxa 30-25 gün öncədən 16.20 AZN-ə, standart+ bilet ala bilər (eyni istiqamətə 30-25 gün öncədən 21,40 manata və biznes siniflərə (eyni istiqamətə 30-25 gün öncədən 39,90 manata). Eyni istiqamətə 30-25 gün öncədən birinci sinif üzrə biletin qiyməti isə 101,7 manat təşkil edir.

Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır, müştərilərə daha geniş seçim verir. Biletlərin qiymətində artım həftəsonları, bayram günləri və biletlər səfərə bir-iki gün qalmış alındıqda olur.

Dünya təcrübəsinə nəzər salsaq görərik, məsələn, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarus Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilirlər.

O ki qaldı biletin qiymətinin 100 manatdan yüksək olması ilə bağlı məlumatlara, əgər hərəkət cədvəlində seçilmiş tarixə yüksək qiymət görünürsə, bu o deməkdir ki, digər siniflərə yer qalmayıb, yalnız birinci sinif – ən yüksək sinif üzrə yer və ya yerlər mövcuddur. Birinci siniflərin qiyməti standart və biznes siniflərdən yüksək olur. Birinci sinif yerlər az olsa da (məsələn, FLIRT qatarında cəmi 8 yer), təbii ki, öz müştəriləri var, səyahət zamanı yüksək komforta üstünlük verən sərnişinlər var.

Azərbaycan Dəmir Yollarında birinci siniflə səyahət edən sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda 1 saat müddətində Bakı, Gəncə və Qəbələ dəmiryol vağzallarının VIP-zallarından istifadə edə bilərlər. Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdirildiyi halda ADY əməkdaşı sərnişini və onun əl yükünü qatara kimi müşayiət edir.

VIP-zalda sərnişinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir: limitsiz su, çay, qəhvə; internetə çıxış (Wi-Fi-dan istifadə); rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası; şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça); sərnişinin səfərin sonunda qarşılanması; Bakı Dəmiryol Vağzalında 2 saatlıq ödənişsiz avtoparkinq.

Səyahətin sonunda vaqon bələdçisi sərnişini vağzaldakı ADY-nin nümayəndəsinə yönləndirir. ADY-nin əməkdaşı sərnişini qarşılayaraq əl yükü ilə birgə onu VIP-zala kimi müşayiət edir.

Birinci siniflə səyahət edən sərnişinlərə qatarda səfər zamanı ödənişsiz yemək təklif olunur. Qida çeşidləri: qəlyanaltı; səhər yeməyi; sendviç; meyvə şirəsi; çörək; şəkər daxil olmaqla isti içki (çay, qəhvə) və su. Çay, qəhvə, suyun verilməsi limitsiz və ödənişsizdir.

Qatarların birinci sinif salonlarında xüsusi yerlər mövcuddur. Oturacaqlar elektrik yuvaları və dirsəkaltı ilə təchiz olunub, fərdi işıqlandırma və oturacaqlar istəyə uyğun tənzimlənir. Həmçinin ikimərtəbəli qatarlardakı birinci sinif oturacaqları 180 dərəcə fırlana bilər. Səfər zamanı sərnişinlərə yastıqça, adyal və başmaq təqdim edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri