ADY və Bakı Metropolitenin buna HƏLL AXTARIR
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin qarşılaşdığı konkret əməliyyat problemlərinin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanları araşdırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ADY və Bakı Metropoliteni ölkə iqtisadiyyatı və vətəndaşların gündəlik həyatı üçün mühüm infrastrukturu idarə edir.
F. Osmanov bildirib ki, bu qurumların konkret əməliyyat çağırışlarının müəyyənləşdirilməsi və onların birgə həll üçün açıq şəkildə təqdim edilməsi şirkətlərin yalnız innovativ həllərin istifadəçisi deyil, həm də innovasiyanın fəal iştirakçısına çevrilməsinə imkan verə bilər.
“Biz istəyirik ki, bu vörkşop ümumi müzakirələrdən kənara çıxsın. Onun uğuru müəyyən edilən çağırışların keyfiyyəti, hazırlanacaq ideyaların aktuallığı və ən əsası, həmin ideyaların pilot layihələrə və tətbiq edilə bilən həllərə çevrilmə potensialı ilə ölçülməlidir”, – F. Osmanov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 Sentyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















