ADY və FHN növbəti birgə təlim keçirib
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Yevlax dəmiryol stansiyasında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin qarşılıqlı fəaliyyət planı çərçivəsində “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Təlimə Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Yevlax rayon təcili tibbi yardim briqadası və rayonun mülki müdafiə qüvvələri cəlb olunub. ADY-nin Yevlax yanğından mühafizə və fövqəladə hallar qatarlarının da iştirak etdiyi təlim yüksək peşəkarlıqla baş tutub.
ADY sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizliyə, nəqliyyatın mobilliyinin təhlükəsiz təşkil olunmasına xüsusi önəm verir.
Baxış sayı:56
Bu xəbər 11 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















