Icma.az
close
up
RU
ADY və “Stadler müqavilə imzalayıb

ADY və “Stadler müqavilə imzalayıb

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və İsveçrənin “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer noyabrın 19-da Bakı şəhərində Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıblar. Bu barədə SİA-ya ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, müqaviləyə əsasən, Təlim və İnkişaf Mərkəzinin 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Mərkəz Azərbaycanda dəmiryol sahəsində gənc və peşəkar kadrların yetişdirilməsi və strateji kadr potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Təlim və İnkişaf Mərkəzinin yaradılması yeni nəsil hərəkət vasitələrinə texniki qulluğun göstərilməsi və istismarı üçün kadr hazırlığına əhəmiyyətli töhfə verəcək. Mərkəzdə regionda “Stadler” qatarlarını idarə edəcək maşinistlərin təlimləndirilməsi də planlaşdırılır.

“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi və tikintisinə, texniki avadanlıqlarla, o cümlədən praktiki məşğələlər üçün müasir simulyatorlarla təchizatına dəstək verəcək.

“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi, tikintisi, texniki təminatı, o cümlədən praktiki məşğələlər üçün simulyatorların alınmasını maliyyələşdirəcək. Yeni nəsil simulyatorlar maşinist və maşinist köməkçilərinin hazırlanması və texniki biliklərinin təkmilləşdirilməsinə geniş imkan yaradacaq. Mərkəzin fəaliyyəti təkcə texniki biliklərin tədrisi ilə məhdudlaşmayacaq, gələcəkdə idarəetmə sahəsində də təlim proqramları həyata keçiriləcək. Burada əməkdaşlar müasir tədris vasitələri ilə təchiz olunmuş mühitdə, real iş şəraitinə uyğun təlimlər keçəcəklər. Dünyada sənaye sahəsi sürətlə inkişaf etdiyindən peşə bacarıqlarının keyfiyyətlə və qısa müddətdə öyrədilməsi zərurəti belə təlim mərkəzlərinə ehtiyacı artırır.

Hazırda ADY-də texniki sahədə çalışan əməkdaşların 50 faizinin daha innovativ və yeni texniki trendlərə uyğun ixtisaslaşdırılmasına ehtiyac var. Yeni Təlim və İnkişaf Mərkəzi mütəxəssis çatışmazlığı riskini əhəmiyyətli dərəcədə aradan qaldıracaq.

Mərkəzin binası 4 mərtəbədən, təlim otaqları, simulyator otaqları, ofislər, kompüter laboratoriyaları və yeməkxanadan ibarət olacaq, həmçinin təlimlərə regionlardan qatılan ADY əməkdaşlarının burada qalması üçün otaqlar ayrılacaq. Layihə çərçivəsində Təlim və İnkişaf Mərkəzi günəş panelləri ilə təchiz olunacaq. Bu təşəbbüslə ADY ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərinə uyğun şəkildə bərpa olunan enerji istifadəsinə doğru daha bir strateji addım atır. Günəş enerjisinin tətbiqinin genişləndirilməsi isə müəssisəyə karbon izini azaltmağa və ekoloji davamlılığa töhfə verməyə şərait yaradır.

“Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer imzalanma mərasimində yeni Təlim və İnkişaf Mərkəzinin yaradılmasını ADY ilə əməkdaşlığın daha bir uğurlu nəticəsi kimi qiymətləndirib:

“ADY ilə strateji tərəfdaşlıq çərçivəsində müasir Təlim və İnkişaf Mərkəzinin yaradılması haqqında müqaviləni imzalamaqdan çox məmnunuq. Bu Mərkəzin uğurla fəaliyyət göstərəcəyinə və bütün gözləntiləri qarşılayacağına əminik. İnanırıq ki, Təlim və İnkişaf Mərkəzi nəinki Azərbaycanda, regionda da “Stadler” və ADY brendlərinin təşviqinə öz töhfəsini verəcək”.

ADY-də müasir standartlara cavab verəcək yeni Təlim və İnkişaf Mərkəzinin yaradılması məqsədilə bir il ərzində Almaniya, Türkiyə və İspaniya kimi ölkələrin müvafiq təcrübələri yerində öyrənilib, təhlil edilib, ən yaxşı nümunələr üzərində müzakirələr aparılıb. Yekun olaraq Mərkəzin konsepsiyasının Almaniya Dəmir Yolları Akademiyası (“Deutsche Bahn Rail Academy”) ilə əməkdaşlıq çərçivəsində hazırlanması barədə qərar qəbul edilib.

Yeni Mərkəz vasitəsilə dəmiryol sektorunda nəzəri və praktiki təlimlərin genişləndirilməsi, peşə və ali təhsil müəssisələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyası təmin ediləcək. Bununla yanaşı, Mərkəzdə hazırlanacaq peşəkar mütəxəssislər Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin potensialının daha da artırılmasına töhfə verəcəklər. Beləliklə, rəqəmsal həllərin davamlı tətbiqi və təhlükəsiz daşımalar sahəsində qabaqcıl mövqe qazanaraq ADY-nin beynəlxalq dəhlizlərdəki strateji mövqeyi daha da güclənəcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında ADY və “Stadler Rail Group” şirkəti arasında dəmiryol nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Anlaşmaya əsasən, Böyükşor ərazisində tikiləcək Regional Servis Mərkəzi Azərbaycan daxil olmaqla qonşu ölkələrdə də geniş istismar edilən “Stadler” hərəkət tərkiblərinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.

Yeni Təlim və İnkişaf Mərkəzi Regional Servis Mərkəzi üçün də peşəkar texniki mütəxəssislərin hazırlanmasına töhfə verəcək.

Qeyd edək ki, ADY əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə davamlı olaraq müxtəlif sahələrdə təlimlər təşkil edir. İşçilərin təlim ehtiyaclarını qarşılamaq üçün 2024-cü il üzrə 1 milyon manat vəsait ayrılıb. Bu ilin 10 ayında 5 minə yaxın əməkdaşa 225 adda təlim keçirilib.

ADY-nin regionlardakı əməkdaşlarının təlim ehtiyaclarının çevik şəkildə qarşılanması məqsədilə bir sıra layihələr uğurla tamamlanıb. Bu layihələrdən biri olan “AnzerA” onlayn təlim platforması işçilərə istənilən yerdən, istənilən vaxt öz biliklərini artırmaq üçün təlim materiallarına çıxış imkanı verir. Əməkdaşlar burada müxtəlif peşəkar mövzularda təlimlərə qoşula biləcək, həmçinin tədris materiallarını asanlıqla əldə edirlər.

Bundan başqa, “Təlim qatarı” layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Bu layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən ADY əməkdaşlarının təlim ehtiyacları yerindəcə təmin ediləcək.

Eyni zamanda ADY gənclərin xaricdə dəmiryol ixtisası üzrə təhsilinə xüsusi diqqət ayırır. Bu yaxınlarda bir qrup tələbə ADY-nin təqaüd proqramını qazanıb və təhsilini Rusiya Nəqliyyat Universitetində davam etdirir. Hazırda Çin və Rusiyanın nəqliyyat sahəsi üzrə digər qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları öyrənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri