Icma.az
close
up
RU
ADY yə külli miqdarda ziyan vuran şəxslər həbs edildi

ADY yə külli miqdarda ziyan vuran şəxslər həbs edildi

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib. Belə ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib".

Bu barədə "Unikal"a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, ADY törədilmiş qanunsuz əməl barədə tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət edib və müraciətə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı götürməklə mənimsəmiş, bununla da ADY-yə külli miqdarda ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.

Qeyd edilib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib:

"Həmçinin görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70 faizinin qarşısı vaxtında alınıb. ADY bu cür qanunsuz hallarla mübarizə tədbirlərini gücləndirməyə davam edəcək".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Yanvar 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri