AEBA: ABŞ ın Natanzdakı obyektə endirdiyi zərbələr lokal çirklənməyə səbəb ola bilərdi
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
ABŞ-ın İranın Natanz şəhərindəki nüvə obyektinə endirdiyi aviazərbələr lokal çirklənmə və kimyəvi risklər yarada bilərdi.
APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bəyanatında deyilir.
Agentliyin qiymətləndirməsinə görə, zərbələr əvvəllər həm uranın zənginləşdirilməsi, həm də materialların saxlanılması üçün istifadə olunan yeraltı zalların üzərindəki əraziyə endirilib.
“AEBA hesab edir ki, bu zərbə lokal çirklənməyə və kimyəvi təhlükələrə səbəb ola bilərdi”, – sənəddə qeyd olunub.
Bundan əlavə, agentlik vurğulayıb ki, Fordodakı nüvə obyektinə endirilən zərbələr nəticəsində yeraltı kompleksə gedən yollar və girişlərdən biri ciddi zədələnib.

Qrossi: Natanzdakı obyektə ciddi ziyan dəyib
13 İyun 2025 18:12
AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr QEYDƏ ALIB
24 İyun 2025 20:30
Natanzdakı nüvə stansiyası vuruldu
17 İyun 2025 17:12
İstanbulda çirklənməyə səbəb olan tanker 16 milyon lirə CƏRİMƏLƏNDİ
29 May 2025 14:00
Ekoloji çirklənməyə yol verən şəxslər cərimələndi
11 İyul 2025 15:05

