AEBA zənginləşdirilmiş uranın tapılması üçün İranda işləri bərpa etməlidir KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi hesab edir ki, təxminən 400 kq zənginləşdirilmiş uranın yerini dəqiqləşdirmək üçün təşkilatın müfəttişlərinin İrandakı işi mümkün qədər tez bərpa edilməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına bildirib.
“Bizdə bu materialların harada olması barədə məlumat yoxdur”, – o, deyib.
Qrossi AEBA-nın əvvəllər İsfahandakı İran nüvə obyektinin yaxınlığında yerləşə bilən təxminən 400 kq zənginləşdirilmiş uranın hazırda harada olduğunu bilməsi ilə bağlı sualı cavablandırıb.
“İran mənə rəsmi olaraq bildirdi ki, onlar bu materialların daşınmasını təmin edə biləcək və ya etməyəcək təhlükəsizlik tədbirləri görəcəklər”, – Qrossi əlavə edib. “Sual onların harada olmasıdır”, – o vurğulayıb.
AEBA rəhbəri deyib ki, bunu aydınlaşdırmaq üçün müfəttişlərin işini mümkün qədər tez bərpa etmək lazımdır: “Düşünürəm ki, bu, hamının xeyrinə olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 İyun 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















