Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə, 15 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə İdman Sarayında start götürən aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 18 ölkədən 151 gimnastın iştirak etdiyi yarışın ikinci günündə təsnifat mərhələsi baş tutub. İdmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində çıxışlarını tamamlayıblar. Aerobika gimnastikası üzrə milli komandamızın favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə vəsiqə qazanıb.
Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma baş tutub. I yerdə İtaliya, II yerdə Rumıniya, III yerdə İspaniya komandaları qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 15 Noyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















