Aerodrom istismarçılarının əhatə dairəsi genişləndirilir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda aerodrom istismarı ilə bağlı dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası təmin olunacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda aerodrom istismarçısı anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır. Layihə ilə təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir. Bununla da aerodromu istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasının yaradılması təmin olunur.
Baxış sayı:103
Bu xəbər 22 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















