Aeroflot və “S7” 3 aeroporta bir sıra reysləri ləğv edib
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Aeroflot" çərşənbə günü Moskvadan 52 və paytaxt istiqamətində 54 reysi ləğv edib.
"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin onlayn tablosuna əsasən məlum olub.
Moskvadan uçan, həmçinin Moskvaya gələn 140-dan çox reys gecikib.
Söhbət "Aeroflot"un "Şeremetyevo"dan/ya reyslərindən, həmçinin onun törəmə şirkəti olan "Rossiya"nın "Vnukovo"dan SU kodu ilə həyata keçirdiyi reyslərdən gedir.
Bundan başqa, "S7 Airlines” aviaşirkəti Domodedovo hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsi ilə əlaqədar bir sıra reysləri ləğv edib.
"Rusiyanın bəzi aeroportlarında hava məkanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq "S7 Airlines” uçuş cədvəlində operativ şəkildə düzəlişlər etməyə məcburdur. Aviaşirkətin Domodedovo hava limanındakı reyslərinin bir hissəsi ləğv edilib, bəzi reyslər ehtiyat aerodromlara yönləndirilib", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 07 May 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















