Aeroport şosesində dəhşətli qəzanın ANBAAN VİDEOSU: Sürücü təkərlər altında qaldı
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsində bir nəfər həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.
"Bu gün səhər saatlarında Suraxanı rayonu, Aeroport şosesində sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizlik etməsi ağır qəzanın baş verməsinə səbəb oldu.
Belə ki, müşahidə kamerasının görüntüsünə əsasən deyə bilərəm ki, minik avtomobilində texniki nasazlıq yarandığından sürücü yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb.
Ancaq heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkətdə olan digər avtomobilin sürücüsünün diqqətsizlik etməsi ağır qəzanın qeydə alınması və nasazlıq yaranan avtomobilin sürücüsünün həyatını itirməsi ilə nəticələndi", - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















