Aeroport yolunda geriyə hərəkət edən maşınlar qəza törətdilər VİDEO
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Sürətli yollarda geriyə hərəkət edən avtomobil sürücüləri yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olublar.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Qeyd olunub ki, yollarda nəqliyyat vasitəsi ilə geriyə hərəkət etmək diqqət və ehtiyatlılıq tələb edir. Xüsusilə də sürətli yollarda və avtomagistrallarda bəzi sürücülərin qaydalara əməl etməməsi əksər hallarda qəzaların baş verməsi ilə nəticələnir.
NİİM bununla bağlı videogörüntü yayıb. Bildirilib ki, paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda və Ziya Bünyadov prospektində müxtəlif vaxtlarda qeydə alınan bu yol-nəqliyyat hadisələrini təhlil etdikdə məlum olur ki, sürücülər səhv istiqamətdə getdiklərindən geriyə hərəkət etməyə üstünlük verirlər:
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Bununla yanaşı, qanunun 43-cü maddəsi avtomagistrallarda da nəqliyyat vasitələrinin geriyə hərəkət etməsini qadağan edir".
Baxış sayı:47
Bu xəbər 03 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















