Icma.az
close
up
RU
Aeroportda taksilərin məhdudlaşdırılması narazılıq YARADIR: “Bu qərar ədalətsizdir” ETİRAZ

Aeroportda taksilərin məhdudlaşdırılması narazılıq YARADIR: “Bu qərar ədalətsizdir” ETİRAZ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Aeroportda yaranan taksi problemi hər kəsi narahat edir. Bu, həm sürücüləri, həm də sərnişinləri ciddi şəkildə çətin vəziyyətdə qoyub. İllərdir bu ərazidə işləyən, buradan dolanan sürücülərin qazanc mənbəyi əlindən alınıb. Digər tərəfdən, sərnişinlər üçün də bu, böyük problemdir. Məsələn, Naxçıvana, Gəncəyə uçan, məcburiyyət qarşısında qalıb gedib-gələn, xəstəsi, qocası, uşağı olan insanlar var. Əvvəl 10 manata gedilən yolu indi 30-40 manata getməli oluruq. Bu, ümumiyyətlə, ədalətsiz bir qərardır və belə olmamalıdır".

Bu fikirləri Redaktor.az-a Heydər Əliyev adına beynəlxalq hava limanında taksi şirkətlərinə qoyulan qadağadan və onların tətbiqlərinin bloklanmasından bəhs edən nəqliyyat eksperti Adil Nəbiyev bildirdi.

Onun sözlərinə görə, qonşu ölkələrdə vəziyyət tam fərqlidir, hava limanına bir deyil, bir neçə avtobus, iri tutumlu nəqliyyat vasitələri, marşrut taksiləri, hətta dəmir yolu vasitəsilə sürət qatarları birbaşa hava limanına qədər gəlir və insanları şəhər mərkəzinə, metro stansiyalarına daşıyır.

"Bu, çox ciddi məsələdir və ümid edirik ki, tezliklə öz həllini tapacaq. Ancaq bu gün elan olundu ki, taksilərin sayı ciddi şəkildə azaldılacaq. Əgər əvvəllər 70 min taksi fəaliyyət göstərirdisə, indi bu rəqəm 25 minə endiriləcək. Bu, o deməkdir ki, taksilərin sayı üç dəfə azalacaq və nəticədə qiymətlər də ən azı üç dəfə qalxacaq. Yəni ictimai nəqliyyatı və taksiləri insanlar üçün daha əlçatan etmək əvəzinə, əksinə, daha çətin vəziyyət yaradan qərarlar qəbul olunur. Bu, həm də təhlükəsizlik baxımından problem yaradır. Məsələn, sifariş vermək çətinləşərsə və insanlar bloklanarsa, təyyarədən enən sərnişinlərin çoxu yol kənarına çıxacaq. Bu isə qəza təhlükəsini artırır, maşın sərnişinləri vura bilər. İnsanlar məcbur olub yolda əllə taksi saxlamağa çalışacaq. Pul imkanları məhdud olan sərnişinlər üçün bu, xüsusilə çətin olacaq".

Ekspert əlavə etdi ki, hazırda aeroporta yalnız bir avtobus işləyir:

"“Kuba” şirkətinə məxsus ekspres xətt, o da yalnız “28 May” metrosundan gəlir. Təsəvvür edin, gecə yarısı ağır çantalarla gələn insanlar bu avtobusla “28 May”a çatır, oradan isə yenidən taksi tutaraq evlərinə getməyə məcbur olurlar. Bu isə həm əlavə xərc, həm də əlavə əziyyətdir. Əgər bu qərar qüvvədə qalarsa, ciddi narazılıqlar artacaq. Təklif etmək lazımdır ki, gələcəkdə əksinə, hava limanına birbaşa dəmir yolu xətti və sürət qatarı çəkilsin. Həmçinin bir neçə avtobus marşrutu fəaliyyət göstərməli, aeroportun içərisinə qədər sərnişin daşımağa icazə verilməlidir. Məhdudiyyətləri bu qədər sərt tətbiq etmək düzgün deyil. Ən azından, beynəlxalq terminala girişə icazə verilməsə də, digər terminal qarşısından marşrutların keçməsi təmin edilə bilərdi. Beləcə, yüksək qiymətə taksidən istifadə edə bilməyən insanlar bir neçə metr kənara keçərək istədikləri taksiyə minib gedərdilər. Bu, daha ədalətli və məntiqli həll olardı. Çox təəssüf ki, hazırda vəziyyət belədir. Ümid edirik ki, ictimai narazılıq və qınaq nəticəsində məsələ yenidən nəzərdən keçiriləcək və bu qərar dəyişdirilərək hər kəs üçün əlçatan və ədalətli həll tapılacaq".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri