AFAD komandası Dəməşqdədir: Sednayada həyat əlamətləri axtarılır
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) qrupları devrilmiş lider Bəşər Əsədin işgəncə mərkəzi olan Sednaya həbsxanasında qapalı qaldığı ehtimal edilən insanların axtarışı, yoxlanılması və xilasetmə işlərinə başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 120 nəfərdən ibarət AFAD komandası bölgədə divar arxası görüntüləmə cihazı, yer radarı, dörd itdən ibarət axtarış qrupu və seysmik akustik dinləmə cihazları ilə fəaliyyət göstərir.
Təxminən 5-6 saat davam edən səfərdən sonra Hataydan ayrılan qruplar Şama çatıb.
AFAD sədri Okay Memiş və Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili Burhan Köroğlu paytaxt Dəməşqdəki Sednaya həbsxanası qarşısında mətbuata açıqlamalar verib.
Memiş Sednaya Həbsxanasında 43 maşın və 120 personal ilə çalışacaqlarını bildirib.
Memiş mobil telefonlarının demək olar ki, işləmədiyini və Ankara ilə peyk telefonları vasitəsilə əlaqə saxladıqlarını bildirib.
Orxan Saffari
Baxış sayı:78
Bu xəbər 17 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















