Icma.az
close
up
RU
Afaq Bəşirqızı: “Allahverdi Yolçuyev cibə girməyib ki...”

Afaq Bəşirqızı: “Allahverdi Yolçuyev cibə girməyib ki...”

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Allahverdi Yolçuyevdən küçədə corab satmağı gözləmirəm. Belə şey olsa belə, Allahverdi cibə girməyib ki... Corab satır və pulunu qazanır. Allahverdinin xətrini çox istədiyim üçün bu mövzuya geniş açıqlama vermək istəmirəm. Amma məncə, Allahverdi düz etməyib... Bəs sizcə? Mən şahidəm ki, Allahverdini teatra götürməyiblər, müraciətlərinə baxmayaraq işə qəbul etməyiblər. O, çox istedadlı aktyordur. Bəlkə, Allahverdi vaxtında özünə gün ağlamayıb? Bəlkə, olmalı vaxtda həmin məbəddə olmayıb? O məbəd ki teatrdır... Oranı ziyarət etməyib, orada dua etməyib. Bəlkə, ola bilərmi ki, Allahverdi gecikib? Bu da var axı. Məbədə gələn, o məbədin bütün qayda-qanununa riayət edən bir adamı ola bilməz ki, heç kim məbədə buraxmasın. Buna imkan verməzlər. Bəlkə, Allahverdi müəyyən vaxtlarda şəxsi həyatı ilə bağlı daha çox iş görmək üçün işləyib? Onun balaları, evi var... Bilirsiniz, biz hərdən “kor düyün” kimi gedirik, amma fikirləşmirik ki, bu kor düyünün əmələ gəlməsində bizim nə qədər günahımız var? Mən aktyor saymadığım adama, təsadüfi ora-bura gəlib, adı aktyor kimi hallandırılan adama belə şey arzulamıram. Yenə deyirəm, Allahverdi Yolçuyev heç kimin əlindən qızılını qapıb qaçmayıb, yaxud oğurluq etməyib. Ola bilsin, gündəlik çörəkpulu qazanması üçün corab satıb. Bu mövzu artıq elə bir yerə gedir ki, bir az təhlil edəndə sabah Allahverdi məndən inciyə bilər. Amma mən onun inciməsini heç istəmirəm...”
Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.
Xalq artisti bildirib ki, aktyoru 65 yaşında teatrdan uzaqlaşdırmaq olmaz: “Bir var, yeni gələn nəslin nəzəriyyə savadı, bir də var, praktik savad. Bəziləri hansısa aktyora görə teatra gəliblər, bəziləri isə aktyordan, aktrisadan çox şey öyrənə bilərlər. Buna görə də teatrın çox ehtiyacı olan aktyor və aktrisaları teatr rəhbərliyi də, məktub əsasında Mədəniyyət Nazirliyi də saxlayır. Yəni bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar. Müəyyən aktyorlar teatra, yeni gələn nəslə, tamaşaçıya bir növ qəyyumluq edirlər. O sənətkar, həqiqətən də, sənətkardır!”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 İyul 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri