Afaq İmanzadə: Kölgəsiz dünya” sənədli filminin məqsədi miniatür sənətini geniş kütləyə tanıtmaqdır
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 noyabr, AZƏRTAC
“Kölgəsiz dünya” sənədli filmi ərsəyə gətirməkdə məqsəd geniş kütləyə miniatür sənətinin mənasını tanıtmaqdır. Bu qədim sənət Azərbaycanda, xüsusilə Şah İsmayıl Səfəvinin dövründə çox inkişaf etmişdi, təəssüf ki, indiki dövrdə arxa plana keçib.
Bunu AZƏRTAC-a müsahibəsində “Kölgəsiz dünya” sənədli filminin müəllifi Afaq İmanzadə deyib.
“Biz çalışdıq ki, filmi miniatür sənətinə uyğun, anlaşıqlı bir dildə təqdim edək. Miniatürlər əslində klassik ədəbiyyatımızın məzmununu daha dərindən anlamağa və onu daha təsirli şəkildə çatdırmağa xidmət etmək üçün yaradılırdı. Bizim filmdə də eyni prinsipi tətbiq edərək, hər kəs üçün aydın və danışan bir dil ilə bu gözəl sənətin mənasını izah etməyə çalışdıq”, - deyə müsahibimiz bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 19 Noyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















