Icma.az
close
up
RU
AFB Bank sürətlə böyüyür: əsas göstəricilərində kəskin artım qeydə alınıb!

AFB Bank sürətlə böyüyür: əsas göstəricilərində kəskin artım qeydə alınıb!

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəsmi renkinq məlumatlarının təhlili AFB Bankın son bir ildə əsas göstəriciləri üzrə bazarda ən yüksək artım dinamikası nümayiş etdirən banklardan biri olduğunu göstərir. Bank 2026-cı ilin II rübündə aktivlər, kredit portfeli və depozit bazası üzrə ciddi artıma nail olub.

2026-cı ilin II rübü üzrə bank sektorunun göstəriciləri AFB Bank üçün güclü böyümə dinamikası ilə yadda qalıb. Azərbaycan Banklar Assosiasiyasının rəsmi "Renkinqlər” səhifəsində dərc olunan məlumatlara əsasən, AFB Bank son bir ildə bir sıra əsas göstəricilərinin artım tempinə görə bazarda lider mövqelərdə qərarlaşıb. 2025-ci ilin II rübü ilə müqayisədə AFB Bankın aktivləri 311,8 milyon manatdan 536,9 milyon manata yüksəlib. Bu isə bir il ərzində 72,2% artımdeməkdir. Başqa sözlə, Bankın aktivləri son 12 ayda 225 milyon manatdan çoxgenişlənib.

Kredit portfelində də yüksək dinamika müşahidə olunub. AFB Bankın müştərilərə verilmiş kredit portfeli 2025-ci ilin II rübündə 202,9 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin II rübündə bu göstərici 394,4 milyon manata çatıb. Beləliklə, Bankın ümumi kredit portfeli illik müqayisədə 94,4% artıb. Kredit portfelinin strukturunda biznes kreditləri üzrə artım xüsusilə diqqət çəkir. AFB Bankın biznes kreditləri portfeli son bir ildə107,1 milyon manatdan 236,9 milyon manata yüksəlib. Bu isə 121,3% artımdeməkdir. Biznes kreditləri üzrə dinamikanı qiymətləndirilərkən müqayisəyə ümumi kredit portfeli 100 milyon manatdan yuxarı olan banklar daxil edilib.

Fiziki şəxslər üzrə kreditləşmədə də Bankın nəticələri bazar üzrə seçilib. AFB Bankın istehlak kreditləri portfeli 2025-ci ilin II rübündə 26,6 milyon manatolduğu halda, 2026-cı ilin II rübündə 88,5 milyon manata yüksəlib.

Depozit portfelindəki dinamika da AFB Bankın son bir ildə bazarda mövqeyini gücləndirdiyini göstərir. Bankın hüquqi və fiziki şəxslər üzrə ümumi depozit portfeli 140,9 milyon manatdan 342,3 milyon manata çatıb. Nəticədə ümumi depozit portfeli üzrə artım 142,9%olub. Fiziki şəxslərin depozitlərində isə artım daha yüksək olub. Bu göstərici 2025-ci ilin II rübündə 75,9 milyon manat təşkil edirdisə, 2026-cı ilin II rübündə 219 milyon manatayüksəlib. Beləliklə, AFB Bankda fiziki şəxslərin depozit portfeli bir il ərzində 188,5% artıb. Hüquqi şəxslərin depozit portfeli də müsbət dinamika nümayiş etdirib. Bu istiqamətdə göstərici təxminən 65 milyon manatdan 123,3 milyon manata yüksəlib. Artım 89,6%təşkil edib.

Təhlil göstərir ki, AFB Bankın böyüməsi yalnız bir istiqamətlə məhdudlaşmayıb. Aktivlərin genişlənməsi, kredit portfelinin sürətli artımı və depozit bazasının güclənməsi Bankın həm biznes, həm də pərakəndə bankçılıq seqmentində aktiv mövqe tutduğunu göstərir.

Xatırladaq ki, ABA-nın rəsmi renkinq məlumatlarına əsasən, AFB Bank 2026-cı ilin II rübündə aktivlər, ümumi kredit portfeli, istehlak kreditləri, ümumi depozit portfeli və fiziki şəxslərin depozit portfeli üzrə bir illik artım dinamikasına görə bazarda ilk sırada qərarlaşıb.

Qeyd edək ki, AFB Bank cari ilin həm I, həm də II rübündə əsas balans göstəriciləri üzrə yüksək artım tempini qoruyub. Bu isə Bankın böyüməsinin qısamüddətli sıçrayış deyil, ardıcıl və stabil inkişaf dinamikasına əsaslandığını göstərir. Ümumilikdə, 2026-cı ilin II rübünün nəticələri AFB Bankın bazarda daha güclü mövqeyə keçdiyini, müştəri bazasını genişləndirdiyini və əsas bankçılıq istiqamətləri üzrə sürətli inkişaf mərhələsini davam etdirdiyini nümayiş etdirir.

AFB Bank haqqında

AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.

Ətraflı məlumat üçün: www.afb.az
Məlumat Mərkəzi: 1545

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri