Icma.az
close
up
RU
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!

AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

AFB Bank maliyyə bazarında mövqelərini möhkəmləndirərək əmanət və kredit istiqamətləri üzrə davamlı və balanslı inkişaf nümayiş etdirir. Əmanət məhsulları üzrə yenilənmiş və daha çevik şərtlər müştərilərin Banka marağını əhəmiyyətli dərəcədə artırıb və cəlb olunan vəsaitlərin həcminə müsbət təsir göstərib.

Son 6 ay ərzində AFB Bank-da yeni əmanətçilərin sayı 80% artıb, ümumi əmanət portfelinin həcmi 237 milyon manata çatmışdır, bu isə Bankın təqdim etdiyi məhsulların bazar tələblərinə uyğunluğunu və müştərilərin uzunmüddətli etimadını əks etdirir.

AFB Bank müştərilərin müxtəlif maliyyə ehtiyaclarını nəzərə alaraq bir neçə əmanət məhsulu təqdim edir. "Müddətli Əmanət” məhsulu çərçivəsində müştərilər 12, 18, 24 və 36 ay müddətlər üzrə vəsaitlərini yerləşdirərək faizlərin aylıq və ya müddətin sonunda ödənilməsi şərti ilə illik 12%-dək gəlir əldə edə bilirlər. Bu məhsul stabil gəlir və kapitalın qorunmasına üstünlük verən müştərilər üçün nəzərdə tutulub.

Daha çevik idarəetmə imkanları təqdim edən "Sərbəst əmanət” məhsulu isə müştərilərə vəsaitlərini istənilən vaxt artırmaq və ya azaltmaq imkanı yaradır. 18 ay müddətinə, illik 7% gəlirlə və faizlərin aylıq ödənilməsi şərti ilə təqdim olunan bu məhsul sərbəstliyə önəm verən müştərilər üçün ideal seçimdir. Minimum əmanət məbləği 1 000 AZN təşkil edir.

Uzunmüddətli yığım və mərhələli kapital artımını hədəfləyən müştərilər üçün "Yığım əmanət” məhsulu təqdim olunur. Bu məhsul 12, 18, 24 və 36 ay müddətlər üzrə AZN və USD valyutalarında yerləşdirmə imkanı yaradır. Faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər, illik gəlirlilik isə AZN üzrə 10.5%-dək, USD üzrə 2%-dək təşkil edir. Minimum əmanət məbləği 100 AZN/USD olmaqla, vəsaitin istənilən vaxt artırılması imkanı da mövcuddur.

AFB Bank-ın maliyyə sabitliyi beynəlxalq səviyyədə də təsdiqlənib. Fitch Ratings beynəlxalq reytinq agentliyi Banka "B” uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil” proqnoz verib. Bu qiymətləndirmə Bankın adekvat kapitallaşması, kifayət qədər likvidlik ehtiyatları və sabit maliyyə göstəriciləri ilə əsaslandırılıb.

Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası müştəriyönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin inkişafını və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri