Icma.az
close
up
RU
Afət Fərmanqızı iddialı danışdı: “Heç bir müğənnidə “Pəncu Şeş” kimi hit olmayıb, olmayacaq da”

Afət Fərmanqızı iddialı danışdı: “Heç bir müğənnidə “Pəncu Şeş” kimi hit olmayıb, olmayacaq da”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan şou-biznesində heç bir müğənnidə “Pəncu Şeş” səviyyəsində hit mahnı olmayıb”. 

Bu sözləri məşhur müğənni Afət Fərmanqızı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, “Pəncu Şeş” hələ də sevilir: 

“Əslində, “Pəncu Şeş”i oxuyanda bu qədər seviləcəyini və ajiotaj yaradacağını gözləmirdim. Mahnının üzərindən 5 il keçməsinə baxmayaraq, hələ də sevilir, dinlənilir. Ondan sonra başqa hitlərim olub. Lakin nə məndə, nə başqa müğənnilərdə “Pəncu Şeş” səviyyəsində sevilən mahnı olmur. 

Müğənni var ki, 30-40 illik fəaliyyəti dövründə bir mahnısı belə trendə çevrilmir. Mənim “Pəncu Şeş” mahnım isə öz möhürünü vurdu. Belə səviyyədə mahnı heç bir müğənnidə olmayıb, olmayacaq da”. Sənətçi qeyd edib ki, başqa trend mahnıları da var: 

“Məsələn, “Dağlar oğlu” mahnısı ilk dəfə mənim ifamda sevildi və trend oldu. Daha sonra digər müğənnilər də müraciət etdi, amma ən çox məndə uğurlu oldu. Toylarda “Dağlar oğlu” mahnımın yerini tutacaq yeni mahnı gəlməyib. Sosial şəbəkələrdə süni trendlər var, amma xalq arasında sorğu apardıqda o mahnıların heç birinin tanınmadığını görəcəksiniz. 

Mənim isə yeni “Ceyran” və “Xanım anam” mahnılarım da çox sevildi, trend oldu. Yəni adi trendlərim də çox olur”. Afət Fərmanqızı diqqətə çatdırıb ki, “YouTube” trendlərinin əksəriyyəti saxtadır: 

“Bəzi müğənnilər mahnılarını pulla trendə salırlar. Yəni həmin trendlər real deyil, saxtadır. Son zamanlarda həqiqi trend görmürük. Trendi toylarda sevilən mahnılarla ölçmək lazımdır, “YouTube” üzərində olan sünidir. 

Mən ayın bütün günü toyda oluram. Pul gücünə trendə düşən mahnıların biri belə xalq arasında tanınmır, sevilmir. Ona görə də yalançı və həqiqi trendi qarışıq salmaq olmaz. Süni və təbii trend var. Mənim mahnılarım təbii trend olur, izləyici gücünə reytinq yığır. Mən başqaları kimi yalançı baxış sayları ilə mahnımı trend etmirəm”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri