Afət Fərmanqızı Vəfa Şərifovanı satdığını etiraf etdi: “Yıldız Tilbəyə mən xəbər yolladım”
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Afət Fərmanqızı Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbənin Vəfa Şərifovanı məhkəməyə verməsi ilə bağlı xəbərə münasibət bildirib.
Bakupost.az xəbər verir ki, Y.Tilbənin şikayəti ilə bağlı yayılan xəbərə münasibət bildirən Afət Fərmanqızı sosial şəbəkə hesabında “Ben bu haberi eşitdiyim an yalan və böhtan olduğunu düşündüm,çünki siz kaliteli sanatkarsız”, – yazıb.
Müğənni daha sonra mövzu ilə bağlı canlı yayımda da danışaraq məsələyə aydınlıq gətirib. O, bildirib ki, ona qarşı şikayət edən tərəf məhz Vəfa Şərifova olub:
“Kim kimə iftira, böhtan atırsa, Allahdan qorxsun. Məni şikayət edən Vəfa olub. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Hodri meydan. Yıldız Tilbəyə dolayı yollarla, menecerlər vasitəsilə məlumat vermişəm ki, bu şəxs onun adından istifadə edir. Yıldız Tilbə elə bir sənətkardır ki, bir milyon versən də oxumaz. O, oxuyarsa, pulsuz oxuyar, özü də sənətkarla oxuyar. Ağlınız “piyaniska"lara getməsin”, – deyə müğənni vurğulayıb.
Xatırladaq ki, Vəfa Şərifova Yıldız Tilbə ilə 100 min dollar qarşılığında duet layihəsinin nəzərdə tutulduğunu açıqlamışdı. Lakin Y.Tilbə bu iddiaları təkzib edərək yayılan məlumatların əsassız olduğunu və bu səbəbdən Vəfa Şərifovanı məhkəməyə verdiyini bəyan edib.
Qeyd edək ki, Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında əvvəllər də gərgin münasibətlər olub. Müğənninin həm sosial şəbəkədəki paylaşımı, həm də canlı yayımda səsləndirdiyi fikirlər tərəflər arasındakı uzunmüddətli mübahisələrlə əlaqələndirilib.
Gülsüm, BakuPost

Baxış sayı:96
Bu xəbər 31 Yanvar 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















