Icma.az
close
up
RU
Afət Fərmanqızından Naziləyə cavab atəşi: “Əlinə pul verildiyi videolar var!”

Afət Fərmanqızından Naziləyə cavab atəşi: “Əlinə pul verildiyi videolar var!”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Nazilə Səfərlinin gündəmi silkələyən açıqlamaları insanlar və şou əhli arasında fikir mübadilələri yaradıb. Bəziləri şairənin dediyi fikirləri haqlı saysa da, bəziləri bu fikirlər ilə razılaşmadığını bildirib.

Yenisabah.az məsələ ilə bağlı müğənni Afət Fərmanqızı ilə əlaqə saxlayaraq onun fikirlərini öyrənib:

- Nazilə Səfərli deyir ki, “toylarda başlarına pul səpilib onu paylaşan müğənnilər oğrularla, quldurlarla şərikdir”. Bu fikrə münasibətiniz necədir? Özünüzü bu ittihamda görürsünüz? Pepperoni pizza

Mənim fikrimcə, bütün bunlar yanlış düşüncələrdir. Elə video görüntülər var ki, Nazilənin də əlinə pul verilib. O görüntülər də sosial mediada paylaşılıb. Bilmirəm, bunları Nazilə özü paylaşıb, ya başqası tərəfindən paylaşılıb. Haradasa, 3-4 il öncəyə aid videolardır. Onda Nazilə ipiucu verirdi ki, millət burada pul var? Yox, elə bir şey yoxdur.

- Siz özünüz nə düşünürsünüz, müğənnilərin bu cür şəxslərlə əlbir olması məsələsi ilə bağlı?

- Biz hüquqi ölkədə yaşayırıq. Heç bir müğənninin başı üçün deyil Nazilənin adını çəkdiyi hansısa qüvvələrlə əlbir olsun. Mən belə düşünmürəm.  İnanamıram ki, hansısa müğənni kimlərləsə əlbir olub, işbirliyi qursun. Çünki Nazilə xanımın dediklərində qanundankənar işlər nəzərdə tutulur.

- Sizcə, toyda başa pul səpmək və onu paylaşmaq oğurluqla və ya qeyri-qanuni pullarla əlaqələndirilə bilərmi? Bu ədalətli yanaşmadır?

- Xeyr, əlaqələndirilə bilməz. Əlbəttə, şabaş məsələsinə gəldikdə isə mən özüm də toylara gedirəm. Əllərimizdə də şabaş olur. Müğənnisənsə, toyda gətirib əlinə alma ya armud verəsi deyillər ki... Müğənni oxuyursa, şabaşın da verilməsi normal haldır. Bu qədimdən qalma adətimizdir. Sənətçiyə şabaş verərlər. Toyun da gözəlliyi elə odur. Bunlar hamısı boş söhbətlərdir.

- Heç olubmu ki, toyda sizə pul verən şəxsin kimliyi sizi narahat etsin – məsələn, pulun haradan gəldiyini düşünəsiniz? Ümumiyyətlə bu müğənninin problemidir?

- Yox. Gündəmdə olan müğənnilərə, elə hamımıza şabaş verilir. İçində küsülü olduqlarım da var, yaxşı münasibətim olanlar da var. Mən düşünmürəm ki, kimsə işarə etsin ki, filan yerdə pul var. Bu məsələ niyə müğənnini düşündürməlidir ki? Dəvət edirlər, gedib oxuyuruq. Şabaş verib- verməmək isə toy sahibinin şəxsi istəyidir.

- Həmkarlarınız deyirlər ki, Nazilə Səfərlinin açıqlaması sənətçilərin nüfuzuna xələl gətirir, onları gözdən salır. Siz bu barədə nə düşünürsünüz?

- Nazilə Səfərlinin bu fikirlərinin heç birinə şərik deyiləm. Hamısı boş söhbətlərdir. Toyda şabaş verərlər. Burada nüfuza xələl gətirəcək heç nə yoxdur. 

Aydan Hacıbalazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyul 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri