AFFA Araz Saatlı nın futbolçusunu 4, Hypers Guba nın üzvünü 5 oyunluq cəzalandırıb
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
AFFA Azərbaycan II Liqasında çıxış edən "Araz Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın üzvünü isə 5 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mayın 21-də baş tutan XXVI turun “Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Onun klubu 300 manat cərimələnib.
"Hypers Guba"nın futbolçusu Ağabəkir Həşimli isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyunluq diskvalifikasiya edilib. Quba təmsilçisi həmçinin 300 manat ziyana düşüb.
Bununla yanaşı, stadionun əmlakına dəymiş zərərin “Hypers Guba” tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















