AFFA dan Azərbaycan derbisi ilə bağlı QƏRARLAR
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” ilə “Qarabağ” arasında Azərbaycan derbisi AFFA-nın İntizam Komitəsində müzakirə olunub.
İdman.biz xəbər verir ki, qurum Misli Premyer Liqasında XXIII turunun görüşündə yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verib.
“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Bakı klubu 800 manat cərimə edilib.
“Ağ-qaralar”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” 1000 manat cərimə ödəyəcək.
“Qarabağ” 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.
Matçın 22-ci dəqiqəsində ciddi qayda pozuntusuna birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Kevin Medina 2 oyun cəzalanıb, klubunu 1500 manat ziyana salıb.
“Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klub 1000 manat cərimə edilib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















