Icma.az
close
up
RU
AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”

AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Azərbaycan milli komandasının baş məşqçi postuna yerli, yoxsa əcnəbi mütəxəssisin gətirilməli olması məsələsi gündəmdədir. 

Mütəxəssislər və azarkeşlər arasında bu mövzuda fərqli fikirlər səslənir. Bir tərəf hesab edir ki, milli ruhu, futbolçuların mentalitetini yaxşı bilən yerli məşqçilərə güvənmək lazımdır. Digərləri isə düşünür ki, beynəlxalq təcrübəyə malik əcnəbi mütəxəssis daha peşəkar yanaşma sərgiləyə bilər.

Tanınmış idman eksperti Kənan Məstəliyev AZXEBER.COM-a bildirib ki, milli komandanın yeni baş məşqçisi mütləq yerli mütəxəssis olmalıdır: 

"Artıq bu, fakt səviyyəsinə çatıb. Çünki indiyədək milli komandada işləyən heç bir əcnəbi məşqçi uğur qazana bilməyib. Onlar Azərbaycan futbolunun səviyyəsini, onun mahiyyətini, milli komandanın Azərbaycan üçün, azarkeşlər üçün nə demək olduğunu dərk etmirlər. Bu hissi başa düşmədikləri üçün də futbolçulara ötürə bilmirlər”.

K.Məstəliyev vurğulayıb ki, davamlı olaraq xarici məşqçilərə güvənildiyi üçün uğursuzluqlar təkrar olunur:

"Azərbaycan milli komandası yerli mütəxəssisə tapşırılmalıdır. Çünki milli komandada döyüşkən ruha ehtiyac var. İslandiyaya 0:5 hesabı ilə məğlubiyyətdən sonra Ukrayna ilə oyunda gördük ki, yerli məşqçi cəmi bir gündə futbolçuların mentalitetini dəyişə, onların damarını tutaraq maksimum nəticə ala bilər”.

Ekspert deyib ki, Azərbaycanda çox bacarıqlı, səviyyəli yerli mütəxəssislər var:

"Bunu dünən "Qarabağ”ın "Benfika” üzərindəki möhtəşəm qələbəsi ilə Qurban Qurbanov bir daha sübut etdi. Həmçinin Rəşad Sadıqov, Ayxan Abbasov kimi mütəxəssislərin də adını çəkmək olar. Rəşad Sadıqov uzun illər milli komandanın kapitanı olub, ən çox oyun keçirən futbolçudur və milli ruhu yaxşı anlayır. Bu hissi futbolçulara ötürmək gücünə sahibdir. Düşünürəm ki, AFFA daşı ətəyindən tökərək xarici məşqçi təcrübəsindən imtina etməli, yerli mütəxəssislərə üz tutmalıdır”. 

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri