AFFA gənclər liqalarında oyun formatları müzakirə olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 8 sentyabr, AZƏRTAC
AFFA gənclər futbolunda oyun formatları ilə bağlı klublarla məsləhətləşmələrini davam etdirir.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, klub rəhbərliklərinin təşəbbüsü ilə keçirilən video-görüşdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, texniki direktor Edmond Klaus, baş katibin müavini Elçin Məmmədov, Futbol İnkişaf departamentinin rəhbəri Sərxan Hüseynov və akademiya direktorları gənclər liqalarında oyun formatlarının təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə tərəflər yaş qruplarının inkişaf mərhələlərinə uyğun, tədricən böyüyən format keçidinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıb, klubların bu istiqamətdə təklif və mülahizələri dinlənilib.
Format dəyişikliyi üzrə yekun qərar akademiyalarla birgə, onların rəyi nəzərə alınmaqla veriləcək. Bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək və yekun qərar yeni mövsüm başlamazdan əvvəl akademiyalara elan olunacaq.
AFFA gənclərin inkişaf yolunda ən optimal həllərin tapılması üçün akademiyalarla sıx əməkdaşlığını davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 Sentyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















