AFFA “Hilal Ağsu”, “Səbail” və “Polad”ı cəzalandırdı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
AFFA-nın aşağı yaş liqalarında keçirilən oyunlarda qayda pozuntularına görə üç komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-14 Liqasında oktyabrın 4-də keçirilən “Hilal Ağsu” - “Şamaxı” matçında meydan sahibləri Əsasnamənin tələblərini pozaraq ehtiyat heyətə doqquz futbolçu əlavə etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni liqada oktyabrın 3-də keçirilməsi nəzərdə tutulan “Səbail” - “Zəfər” qarşılaşması “Səbail”in oyun protokolunu doldurmaması və ev sahibi kimi öhdəliklərini yerinə yetirməməsi səbəbindən baş tutmadığına görə bu kollektivə də 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında isə oktyabrın 4-də nəzərdə tutulan “Polad” - “Sumqayıt City” matçına “Polad” komandası təyin olunmuş vaxtda gəlmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Oktyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















