Icma.az
close
up
RU
AFFA İcraiyyə Komitəsi Şamaxı ya qarşı? verilən qərarlar bu klubun əleyhinədir

AFFA İcraiyyə Komitəsi Şamaxı ya qarşı? verilən qərarlar bu klubun əleyhinədir

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əslində, bir cümlə ilə mövzünü qapatmaq olardı - bir ölkədə futbolun inkişafı bankir, zavod direktoru, güləşçi, televiziya rəhbəri, təhsil işçisi, neft sahəsində çalışan və digər peşə sahiblərinə tapşırılıbsa, yaxşı nəsə gözləmək yersizdir. AFFA-nın İcraiyyə Komitəsində futboldan başqa nə işlə istəsən məşğul olan adama rast gəlmək mümkündür. Tək futbol adamı Qurban Qurbanovdu, onu da elə küsdürüblər ki, daha ayaq basmaq istəmir İK-nın iclaslarına. İcraçı vitse-prezident Sərxan Hacıyev də futbol adamıdır. Təəssüf ki, o da futbol siyasətinə qoşulub özünü xərcləmiş oldu. İndi onun adı var, özü yoxdur ortalıqda. 

Bir qrup azarkeş/həvəskar yığışır İcraiyyə Komitəsində futbolumuzla bağlı taleyüklü qərarlar verirlər. Çoxu da heç mahiyyətinə varmadan, mövzunun incəliklərini bilmədən əl qaldırır, sonrası da artıq heç kimə maraqlı deyil. 

Premyer Liqada 12 komandanın olması yaxşı haldır. Gün gəlsin, 16 olsun komanda sayı. Amma bu o demək deyil ki, bunu bu cür bəbad şəkildə həyata keçirmək lazımıydı. İK üzvləri "Karvan-Yevlax" və "İmişli"nin Premyer Liqaya buraxılmasına "yaşıl işıq" yandırarkən, təhlillər apardımı, bu klublara hansı ağlın yiyələrinin rəhbərlik etdiyini araşdırdımı? 

Belə mühitdə hansı inkişafdan söhbət gedə bilər... Digər peşə sahibləri yığışıb düşünülməmiş qərarlar verir, "zibil"ə də AFFA və PFL idarəçiləri düşür. 

Premyer Liqanın başlamasına bir neçə gün qalmış məlum olub ki, "Karvan-Yevlax" da, "İmişli" də ev oyunlarını Şamaxıda keçirəcəklər. Hələ ki adını belə qoyublar ki, ilk 2 ev oyunu burada olacaq. Amma bu 2 klub qışa qədər Şamaxıda məskunlaşsa, buna da təəccüblənmərik. 

Arada zərbə yenə "Şamaxı"ya dəyəcək. Zatən, AFFA "Karvan-Yevlax" və "İmişli"yə 400-500 min manata bərabər güzəştlər etməklə "Şamaxı"nı çətin vəziyyətə salmışdılar. Sponsor dəstəyindən məhrum "Şamaxı" Premyer Liqada qalmaq uğrunda mübarizədə əsas rəqiblərinə qarşı daha məhdud imkanlarla mübarizə aparmalı olacaq.
İndi də hər iki debütant klubu gətiriblər Şamaxıya. Dünən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov da deyib ki, birdən-birə iki klubun gəlişi onlara çətinlik yaradacaq. "Karvan-Yevlax" və "İmişli"nin gəlişi həm də oyunlardan qabaq onların rəqiblərinə də məşq üçün meydan verilməsi, matç günləri və s. sıxıntılarla nəticələnəcək. "Şamaxı"nın məşq proqramı pozulacaq. Nəzərə alınmalıdır ki,  Şamaxı şəhər stadionunda projektor yoxdur, üstəgəl klubun akademiyası da bu arenada məşq keçir. Necə olacaq, heç kim bilmir!

Belə alınıb ki, AFFA hər məsələdə "Şamaxı"nın əleyhinə qərarlar çıxarır. Yəni, federasiyada "Şamaxı"nın aqibəti heç kimə maraqlı deyil? Axı, bu klub həm də bir növ U-21 millimizin bazası kimi fəaliyyət göstərir. Bu nə münasibət, bu nə laqeydlik... 

Həmid

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri