Icma.az
close
up
RU
AFFA idman prinsipinə əməl edəcəkmi? İcraiyyə Komitəsinin üzvü açıqladı

AFFA idman prinsipinə əməl edəcəkmi? İcraiyyə Komitəsinin üzvü açıqladı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA İcraiyyə Komitəsinin srağagün keçirilən iclasında verilən taleyüklü qərarlardan biri də Misli premyer-liqasında komanda sayının artırılması oldu. Belə ki, növbəti mövsümdən elitada 12 komanda mübarizə aparacaq.

Bilindiyi kimi, artıq iki mövsümdü yüksək liqada sonuncu yeri tutan komanda 1-ci liqaya yuvarlanır, əvəzində aşağı dəstənin çempionu premyer-liqaya vəsiqə qazanır. Təəssüf ki, AFFA qərarlarla bağlı rəsmi açıqlamasında məsələnin bu dəfə necə tənzimlənəcəyinə aydınlıq gətirməyib. Bu üzdən ortaya müəyyən iddialar atılıb. Bəziləri düşünür ki, mövsümün sonunda idman prinsipinə əməl olunmayacaq. Əsas variant belədi: 1-ci liqada mövsümü ilk iki pillədə bitirənlər premyer-liqaya yüksələcək, 3-cü yeri tutan elitanın sonuncusu ilə pley-off oyunu keçirəcək. İkinci və ən qüvvətli ehtimal isə premyer-liqanın sonuncusunun 1-ci liqaya yuvarlanması, aşağı liqanı ilk “üçlük”də bitirənlərin elita klublarının sırasına qoşulmasıdı.
Bəs, bu məsələyə konkret nə vaxt aydınlıq gələcək? 12 komandalı çempionatda matçlar hansı sxemə uyğun keçiriləcək?
“Football-plus.az”ın sualını AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov cavabladı:

“Hələ ki bu barədə yekun qərar verilməyib. O dəqiqdi ki, növbəti mövsüm premyer-liqada 12 komanda olacaq. Sadalanan ehtimallar gündəmdədi və hər biri haqda geniş, detallı müzakirə aparılır. 5-10 gün sonra İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Artıq idman prinsipinin qorunacağı bəllidi. Buna şübhə ola bilməz. Lakin yeni komandaların hansı yolla bəlli olacağı haqda qərar verilməyib. Pley-off oyunları da mümkündü, birbaşa üç komandanın premyer-liqaya yüksəlməsi də”.


KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Fevral 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri