AFFA klublar üçün “Eyeball” platforması ilə bağlı seminar keçirib FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
AFFA-nın təşkilatçılığı ilə “Eyeball” şirkəti tərəfindən klubların aşağı yaş qrupları üzrə komandalarının nümayəndələri üçün seminar keçirilib.
İdman.Biz xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, “Eyeball”ın əməkdaşı Viktor Rahbek, həmçinin oğlan və qızlar liqalarında çıxış edən klubların məşqçiləri və rəsmiləri iştirak ediblər.
Seminarın təşkilində məqsəd “Eyeball” platformasının klublara tanıdılması və onun imkanları barədə ətraflı məlumat verilməsi olub.
AFFA ilə “Eyeball” arasında əməkdaşlığın Azərbaycan futbolunun inkişafına verə biləcəyi töhfələrdən bəhs edilib, platformadan istifadə qaydaları izah olunub, klubların oyunlar zamanı kameralardan necə yararlanmalı olduqları, çəkilişlərin təşkili və materialların sistemə yüklənməsi barədə məlumat verilib. Bildirilib ki, xüsusi kameralar vasitəsilə qeydə alınan oyunlar klublara daha geniş analiz imkanları yaradacaq.
Klublar platformadan təmənnasız istifadə edərək futbolçuların statistik göstəricilərini əldə edə biləcəklər. Eyni zamanda, bu məlumatlar əsasında liqalarda həftənin rəmzi komandasının müəyyənləşdirilməsi də planlaşdırılır. Vurğulanıb ki, “Eyeball” platforması klubların işini asanlaşdırmaqla yanaşı, analitik imkanları genişləndirəcək və futbolçuların inkişafına əlavə dəstək verəcək.
Sonda klub nümayəndələrinin sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















