AFFA milli komanda üçün daha iki rəqib axtarır
Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.
AFFA milli komanda üçün daha iki rəqib axtarışındadır.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
O, millinin yoldaşlıq görüşü keçirməsi üçün daha iki rəqib axtarışında olduqlarını söyləyib:
"Həm martda, həm də iyunda iki yoldaşlıq görüşü olmalıdır. Çünki həmin aylarda iki yoldaşlıq oyunu üçün "pəncərə" var. Bu istiqamətdə işlər gedir. Rəqiblər dəqiqləşəndən sonra məlumat veriləcək".
Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi martın 25-də Belarus, iyunun 10-da Macarıstanla yoldaşlıq görüşü keçirəcək. Hər iki oyun Azərbaycanda baş tutacaq.
Baxış sayı:122
Bu xəbər 25 Yanvar 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















